www.nice.az > Maraqlı Məlumatlar > Yəhudilər
Yəhudilər6 fevral 2011. Müəllif: SEV_GI |
Yəhudilər - qədim İsrail carlığında yaşamış əhalidən yaranan xalq. Faktiki olaraq dünyanın bütün ölkələrində yaşayırlar. 1948-ci ildən yəhudi dövləti — İsrail də mövcuddur. Sayı təqribən 14 mln. nəfər (2006-cı il rəqəmi), onlardan 40%-i İsraildə, 35%-i isə ABŞ-da yaşayır. Ənənəvi dini iudaizmdir. Yəhudilərin əksəriyyəti yaşadıqları ölkənin dilində danışırlar. İsraildə isə rəsmi dövlət dili XIX əsrdə danışıq dili kimi dirçəldilmış ivrit dilidir. Ayrı-ayrı ölkələrdə spesifik yəhudi dilləri var. Onlardan ən çoxsaylısı alman dil qrupuna daxil olan idişdir Özlərini adlandırma Müasir özünü adlandırma{יְהוּדִים, yəhudim; idişdə: ייִדן (y)idn; ladino da: ג׳ודיוסcudios. Qədim özlünü adlandırma bney-İsrael — İakov İsrailin oğulları, ulu baba İakov İsrailin nəsli. İlk əvvəl yəhudi adı İuda nəslinə deyilirdi. Sonradan İuda çarlığında tayfasından asılı olmayaraq yaşayan hər kəsə deyildi. İuda çarlığı süquta uğradıqdan sonra yəhudiadı spesifik əhəmiyyətinin itirdi və milli-dini bağlılığı göstərdi. Yəhudiliyin əlamətləri Yəhudiliyin əlamətlərini müəyyənləşdirən ən qədim mənbə yəhudi hüququ olan Qalaxadır. O qanun yaradan Talmudun qərarları əsasında yaranıb. Qalaxa görə, "yəhudi o adamdır ki, anası yəhudidir ya da yəhudi qaydalarına görə yəhudi adlanıb (qiyur)" |