www.nice.az » Maraqlı Məlumatlar » Yuxudan doymamaq faydalıdır
Yuxudan doymamaq faydalıdır
Bu xəbəri dostlarınla paylaş:
Adətən çətin vəziyyətlərdə deyirlər: yuxu və vaxt ən yaxşı dərmandır. Tokiodakı Milli Nevrologiya və Psixiatriya Mərkəzinin alimləri aşkar ediblər ki, hərdən yuxudan doymamaq faydalıdır. Yuxu yaddasaxlama prosesində mühüm rol oynayır. O, informasiyanın kiçik müddətli xatırlanmasının uzunmüddətliyə keçməsi üçün vacibdir. Lakin həyatda bəzi hadisələr baş verir ki, onu xatırlamaq heç də lazım deyildir. Zorakılığa məruz qalmış və yaxud ciddi zədələr almış insanda posttravmatik stress pozuntusu inkişaf edə bilər. Faciəli hadisələrin bir an xatırlanması həyəcanlı qorxu yaradır, insan həmin hadisədən uzun müddət keçdikdən sonra belə daim gərginlik hissi keçirir.
Psixonevroloqların sözlərinə görə, stress vəziyyətlərdə insanın orqanizmində böyük miqdarda kortizol və adrenalin əmələ gəlir. Onlar beyinin baş vermiş hadisənin qavranmasına məsul olan hissəsinə təsir edir. Yaponiya alimləri bununla əlaqədar hesab edirlər ki, yuxudan məhrum olmaq mənfi informasiyanın yaddaşda möhkəmlənməsinə mane ola bilər.
Bu fərziyyəni yoxlamaq məqsədi ilə tədqiqatçılar könüllülər üzərində eksperiment aparıblar. Könüllülərə avtobusların sakit hərəkətini və yaxud dəhşətli qəzanı əks etdirən videoçarxlar göstərilib. Bundan sonra bəzi könüllülərə yatmaq imkanı verilib, digərlərini isə yuxulamağa qoymayıblar. Sonra alimlər yol-nəqliyyat hadisəsi ilə əlaqədar qorxu hissinə dair sınaqdan keçirilənlər üzərində yoxlama aparıblar. Məlum olub ki, videoçarxlara baxdıqdan sonra yatmayanlar yoldan qorxmurlar. İkinci qrup könüllərdə isə əks nəticələr alınıb.
Tədqiqatın rəhbəri Kenesi Kiruyama xoşagəlməz hadisədən sonra yuxudan məhrum olunmanın posttravmatik stress pozuntusunun qarşısını aldığını deyib. "Əldə etdiyimiz məlumatlar yuxusuzluğun rolunu aydınlaşdırmağa və stress pozuntusu ilə yeni mübarizə üsulunun işlənib hazırlanmasına kömək göstərə bilərâ€.

Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
|
Müəllif: damn think |
Baxış sayı : 376 |
Rəylərin sayı (7) |
10 dekabr 2010

|
| ||||
|
|

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!