TƏQVİM

«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 

ONLİNE

Hal-hazırda saytda 33 nəfər

.İstifadəçilər: 0
Tapılmadı.

.Robotlar: 0
Tapılmadı.

.Qonaqlar: 33

.Saytda olan son 20 istifadəçi
2Karona adopingBum
amerika Ashleynig
Ateist azefefo
Danielseego Darknight
Deerlip eagewsjes
edurnenok efygas
Falaexalp HymanPer
ijuxobajo JosueJeOli
LeGaCy M1rZ3
MelvinTog vasif_275

Admin | Baş Redaktor | Redaktor
VIP user | Briliant user | Gold user
Silver user | Active user

TOP XƏBƏRLƏR

TƏSADÜFİ XƏBƏR

Canım balam, bir yerin ağrıdımı? [Hekayə]

Canım balam, bir yerin ağrıdımı?...Ətraflı oxu

QAN YADDAŞIMIZ

 Xocalı - 26.02.1992
 Şuşa - 08.05.1992
 Laçın - 17.05.1992
 Xocavənd - 02.10.1992
 Kəlbəcər - 02.04.1993
 Ağdərə - 07.07.1993
 Ağdam - 23.07.1993
 Cəbrayıl - 23.08.1993
 Füzuli - 23.08.1993
 Qubadlı - 31.08.1993
 Zəngilan - 29.10.1993

REKLAM

sms.nice.az

FACEBOOK PAGE

DOST SAYTLARI

www.nice.az » Maraqlı Məlumatlar » Adsız barmağın sirri

Adsız barmağın sirri

 (səs sayı: 2)

Bu xəbəri dostlarınla paylaş:
Adsız barmağın sirri

Qədim inanclardakı gerçəkləri dərk etmək üçün elmi araşdırmalara ehtiyac var imiş.

Yer üzündə bərqərar olan bütün millət və irqlərdə toy adətləri bir-birindən fərqlidir, amma bir məsələdə fikirlər üst-üstə düşür, bütün adətlərə görə, nişan üzüyü eyni barmağa taxılır. El arasında adsız barmaq “üzük barmağı” deyə adlandırılır. Maraqlıdır, nişan üzüyü niyə məhz sol əlin soldan ikinci barmağına - yəni, adsız barmağa taxılır? Nişan üzüyünün və nişan barmağının mahiyyəti nədir? Millətləri, xalqları, irqləri birləşdirən bu adətin kökü hardan qaynaqlanır?

5 barmaq- 5 anlam

Əlimizdəki 5 barmağın hər birinin öz funksiyası var. Orqanizmdəki önəmindən başqa, barmaqların hər biri el arasında xüsusi mənaya malikdir. Xanımların istifadə etdiyi aksessuarların içində önəmli yer tutan üzüyün hansı barmaqda hansı anlam verdiyini öyrənməyə çalışdıq.
Bu yazını hazırlarkən Azərbaycanda nişan üzüyü və adsız barmağın qədim tarixi ilə bağlı kiminlə söhbət etmək olar, deyə çox düşündüm. Sonunda yaşlı nəslin nümayəndələrindən öyrənməyə qərar verdim. Suallarımızı da Tovuz rayonunda yaşayan 82 yaşlı Həcər nənə cavablandırdı. Qədim adətlərimiz bilicisi bizə 5 barmağın və o barmaqlara taxılan üzüklərin anlamını anlatdı:


“Adətlərimizə görə nişan mərasimində oğlan və qızın adsız barmaqlarına taxılan üzük onları bir ömür bir-birinə bağlayır. Nişanlı qız barmağındakı üzüyü çıxarmamalı, ətrafdakılar onun nişanlı olduğunu barmağındakı nişanədən bilməlidir. Bizim zamanımızda qız-gəlinlər 5 barmağın hamısına üzük taxardı. Əgər qadın baş barmağına üzük taxırsa, deməli, o, duldur. Şəhadət barmaqda üzük “yar axtarıram” deməkdir. Uzun-orta barmağa üzük taxılırsa, bunun anlamı qadının evli olması demək idi. Adsız barmağa üzüyü nişanlı qızlar taxardı. Çeçələ barmağa üzüyü isə hələ ərə getməyi düşünməyən qızlar taxırdı. Adsız barmağa ona görə nişanlı olanlar üzük taxırdı ki, bu barmağın ürəklə əlaqəsi olduğunu düşünürdülər. Həm də nişanlılar bir-birindən uzaqda olurdular və nişanlılar bu barmağın sehirli bir qüvvəyə malik olduğuna və uzaq olsalar da ürəklərini birləşdirdiyinə inanırdılar”.

Bir az irəlidə bu inamın elmi təsdiqini tapması ilə bağlı məlumatımız olacaq. Hələlik isə, yenə qədim mədəniyyətlərə müraciət edək.

Üzük mərasimi qədim dünya mədəniyyətlərində necə formalaşıb?

Qədim Misirdə halqa fiquruna böyük önəm verilirdi. Bu işarənin anlamı əbədiyyət və sonsuzluq demək idi. Fironların istifadə etdiyi bütün əşyaların, yataq örtüyünün, geyimlərin üzərində halqa işarələri var idi. Bununla fironlar özlərinin əbədi və sonsuz olaraq var olacaqlarına inanırdılar.


Bunun səbəbi kimi halqanın heç bir ucunun, sonunun olmaması qəbul edilirdi. Bu həyatın əbədi dövranı, doğuluş və ölüm dövranı sayılırdı. Halqa həm də Günəşin simvolu hesab olunurdu. Misirlilər Günəşə Tanrının ən böyük enerji ocağı kimi ehtiram göstərirdilər, o üzdən Günəş kultu güclü idi.
Qədim Misir heroqliflərində bu cür halqa işarələrinə çox rast gəlinir. Araşdırmaçılar hesab edir ki, nişan üzüyü və üzüyün adsız barmağa taxılması adəti də məhz misirlilərdən qaynaqlanıb.


Dövrümüzdə də nişanlı gənclərin, evli cütlüklərin sol əlinin adsız barmağını bəzəyən nişan üzüyünü Misirdə ilk dəfə şahzadə Nefertiti taxıb. Hindistanda isə bu adətin daha qədimlərdə təşəkkül tapdığı haqda məlumatlar var.
Qədim Romada insanlar “vena amoris”dən bəhs edirdilər. Bu sözün tərcüməsi “eşq damarı” deməkdir. Romalılar inanırdı ki, sol əlin sağdan 4-cü barmağı xüsusi bir damarla ürəyə birləşir. Amerika, Kanada, Yaponiya, Hindistan və Qərbi Avropada da bu inanca əməl edirlər.
Üzük mədəniyyəti hətta mağara dövründə də vardı. Sap və ya parçadan olan ilkin üzüklər xanımların bəzək əşyası sayılırmış və adsız barmağa taxılırmış.


Adsız barmaqlardan birbaşa ürəyə fiziki və energetik bağlantı var imiş

Xristian adətlərinə görə də sol əlin 4-cü barmağı özəl bir önəm daşıyır. Qədimdə xristian toylarında gəlinin ortadakı 3 barmağına - şəhadət, böyük (orta) və adsız (nişan) barmaqlarına üzüklər taxılırdı. Bunun mənası da 3 qutsal - ata, oğul və müqəddəs ruh demək idi. Gəlin toydan sonra digər iki barmağındakı üzükləri çıxarırdı, nişan barmağındakı üzük isə evli olduğu müddətdə barmağında qalırdı.
Bəzi Avropa mədəniyyətlərinə görə isə, qadın üzüyü dördüncü barmağına toydan öncə, nişanlılıq dövründə taxır, amma daha sonra, yəni rəsmi olaraq evlənəndə üzüyü sağ əlinin adsız barmağına keçirir.

Türkiyəli cərrah Ömər Aydın bu yaxınlarda bu məsələ ilə bağlı bir açıqlama da verdi. Qan-damar cərrahı olan Aydın qədimdən bəri söylənən və inanılan bu inancın gerçək olduğunu təsdiqlədi. O bildirdi ki, sol əlin adsız barmağı həqiqətən də xüsusi bir damarla ürəyə bağlanır.
Maraqlıdır ki, qədim hind-çin təbii təbabətinin mənbəyi olan Tibet elmi “Ayurvedalar”da bu məqam geniş izah olunur. Qeyd olunur ki, insan orqanizmində əslində bir neçə (astral, mental, ruhi və s) bədən qərar tutur ki, bunlardan da biri energetik bədəndir. Qədim hind elmi-fəlsəfi mənbələrinin araşdırmaçısı olan Vüqar Əliyev bildirir ki, insanda 6 əsas energetik mərkəzlər var ki, bunlardan 2-si əllərin 3-cü barmaqlarıdır. Filosofun sözlərinə görə, xüsusilə də adsız barmaqlardan ürəyə birbaşa həm fiziki, həm də energetik bağlantı var.
Göründüyü kimi, əski çağlarda təbabətin və elmin hansı səviyyədə olması hələ də mübahisə mövzusu olsa da, bu cür faktlardan aydın olur ki, müasir alimlərin “şüursuz”, “elmsiz” adlandırdıqları əcdadlarımız bizdən daha bilikli imiş. İndi müasir tibb elminin onlarla dərmanla sağalda bilmədiyi xəstəni 1-2 otla sağaldan qədim insanlar, deyəsən, axı savadsız olmayıblar...

“Ayrılmayan” barmaqların bəsit və mürəkkəb sirri nədə gizlənib?

Həcər nənə ilə maraqlı bir test də etdik. Qədim inanca görə, baş barmaq valideynlər, şəhadət barmaq qardaş-bacı, orta barmaq özün, nişan barmaq həyat yoldaşı və kiçik barmaq isə uşaqlar demək idi. İnanca görə, bu testdə həyatın mənası və yaşam fəlsəfəsi gizlənir. Beləliklə, başlayaq testə.

Öncə ovuclarınızı bir-birinə baxacaq formada açın. Bütün barmaqlarınızı bir-birindən aralayın. Hər iki əlinizin orta-uzun barmaqlarını, yəni özünüzü təmsil edən barmaqları bir-birinə yaxınlaşdırın, qatlayın və çöl tərəflərini bir-birinə söykəyin. (Çətinlik çəksəniz yazının sonundakı rəsmə baxın.) Daha sonra bütün barmaqlarınızı uc-uca gətirin.
Ata-ana barmağını- baş barmaqları bir-birindən ayırın, ayrılacaq. Çünki, insan doğulur, böyüyür, zaman gəlir, ata-anasından ayrılır, yeni həyat qurur.
Sonra şəhadət barmaqları ayırın-ayrılacaq. Eynilə, valideynlərdən ayrıldığın kimi, gün gələcək bacı-qardaşdan da ayrılacaqsan.
Orta barmaq - özünü bildirən barmaq bükülüdür, çünki insan özü-özündən ayrıla bilməz.
Çeçələ barmaq - uşaqları tanıdan barmaqları ayırın - ayrılacaq. Çünki vaxt gələcək, övladlar da bizi tərk edəcək.


Nəhayət, adsız barmağı - nişan üzüyü taxılan barmaqları ayırın - ayrılmayacaq! Çünki insanlar evlənəndə bir ömür bir yerdə olacaqlarına and içirdilər, yaxşı və pis gündə bir-birinə dayaq olurdular, ayrılmaq barədə düşünmürdülər.
Düzdür, indiki insanların əksəriyyəti haqda bunu demək olmaz. İndi çoxlarında andlar da saxtadır, sözlər də, duyğular da, sevgi də. Burada günahkar nə üzük, nə də onun taxıldığı barmaqdır. Hər şeyin saxta olduğu halda bir metal parçasının insanları sevgi və qarşılıqlı inam əsasında əbədi qoşuşdurması mümkün deyil.


Zaman dəyişib, insanlar dəyişib, üzüklərin materialı da dəyişib, bu adət isə dəyişmir. Çünki bu, bir simvoldur, yalanı ilə, doğrusu ilə, sevgisi ilə, nifrəti ilə Tanrının ayırdığı yarıların birləşdiyi qəlblərin simvolu. Dəyişən bir də bu birliyin vaxtıdır - qədimlərdə bu birlik əbədi idi, indi isə müvəqqəti. Bu sözlər hər kəsə aid olmasa da, dünyanın hazırki mənzərəsi budur.

... Əlimizdəki adsız barmaq əslində adsız-filan deyilmiş, onun adı ən böyükmüş - “sevgi” barmağı.
Adsız barmağın sirri həm bu qədər bəsitmiş, həm də bu sirr çox dərin fəlsəfədə gizlənirmiş...


Hörmətli ziyarətçi, Siz qeydiyyatdan keçməmiş istifadəçi kimi sayta daxil olmusunuz.
Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
| Müəllif: damn think | Baxış sayı : 858 | Rəylərin sayı (12) | 10 dekabr 2010

Mövzuya oxşar xəbərlər:

Nişan üzüyü niyə taxılır?
Nişan üzüyü niyə taxılır?
Nişan üzüyü niyə taxılır?
Bunları bilirsinizmi?
Bunları bilirsinizmi?
Bunları bilirsinizmi?
Qızlar diqqətlə oxuyun!
Qızlar diqqətlə oxuyun!
Qızlar diqqətlə oxuyun!
4  Maraqlı Məlumat
4 Maraqlı Məlumat
1. Evlilik üzüyünü nə üçün sol ələ taxırlar?2. İnsanlar nə üçün əl verib salamlaşırlar?3. İngiltərədə nəqliyyat nə üçün soldan hərəkət edir?4. Matəmdə bayraqlar nə üçün yarıya endirilir? ...

Səhifəni çap et
awkim (Offline)
Əlavə edilən tarix 4 aprel 2013 17:23 | 12

Şərh sayı: 171
Xəbər sayı: 1
Xalı: 17
Qeydiyyat: 27.03.2013
Mükafatı yoxdur
oxuya bilmedim hovselem catmadi qisasi yoxdu naz




Status: qeyd edilməyib
ICQ: --
Reputasiya: 2
ONLY_GIRL (Offline)
Əlavə edilən tarix 3 iyul 2011 12:35 | 11

Şərh sayı: 1972
Xəbər sayı: 0
Xalı: 0
Qeydiyyat: 6.03.2011
 
MARAQLIDI COX SAGOL




Status: qeyd edilməyib
ICQ: --
Reputasiya: 4
Sparrow (Offline)
Əlavə edilən tarix 3 fevral 2011 20:29 | 10

Şərh sayı: 2818
Xəbər sayı: 232
Xalı: 22
Qeydiyyat: 29.10.2010
  
Tesekkur edirem.damn think




Status: qeyd edilməyib
ICQ: --
Reputasiya: 6
EMO_GIRL (Offline)
Əlavə edilən tarix 15 dekabr 2010 13:24 | 9

Şərh sayı: 816
Xəbər sayı: 1
Xalı: 29
Qeydiyyat: 14.12.2010
Mükafatı yoxdur
maraqlidir tesekkur




Status: qeyd edilməyib
ICQ: --
Reputasiya: 0
SEV_GI (Offline)
Əlavə edilən tarix 13 dekabr 2010 19:04 | 8

Şərh sayı: 6171
Xəbər sayı: 335
Xalı: 269
Qeydiyyat: 26.08.2009
  
Cox sagol maraqlidir......))love




Status: qeyd edilməyib
imza
ICQ: --
Reputasiya: 9
xansuagdash (Offline)
Əlavə edilən tarix 12 dekabr 2010 15:36 | 7

Şərh sayı: 2848
Xəbər sayı: 21
Xalı: 61
Qeydiyyat: 21.05.2009
 
Bu haqda bilirem amma bu cox uzundu




Status: qeyd edilməyib
imza




Elaqe: xansu@inbox.ru
ICQ: --
Reputasiya: 0
Pokravitelnica (Offline)
Əlavə edilən tarix 11 dekabr 2010 13:34 | 6

Şərh sayı: 112
Xəbər sayı: 3
Xalı: 0
Qeydiyyat: 5.09.2010
Mükafatı yoxdur
tesekkur edirem ama oxuya bilmedim rengi yaxsi qoymamisiz bele cox olanda xeber sriftin rengin zehmet olmasa boz reng qoyunki oxuyandada goz agrimasin:) tesekkur eziyyete hormet




Status: qeyd edilməyib
imza
я не высокомерная,просто я воспитана по кавкаÇским Çаконам,а наш первый Çакон - это Ð³Ð¾Ñ€Ð´Ð¾ÑÑ‚Ü !!!
ICQ: --
Reputasiya: 0
hebibi_p (Offline)
Əlavə edilən tarix 11 dekabr 2010 13:33 | 5

Şərh sayı: 5686
Xəbər sayı: 698
Xalı: 1232
Qeydiyyat: 27.10.2010
  
ne yaxsi melumatimiz oldu,tewekkurler




Status: qeyd edilməyib
imza
Hər kəs aya bənzər. Heç kimə göstərmədiyi qaranlıq bir üzü vardır.
ICQ: --
Reputasiya: 14
EMERALD (Offline)
Əlavə edilən tarix 11 dekabr 2010 12:35 | 4

Şərh sayı: 2903
Xəbər sayı: 22
Xalı: 356
Qeydiyyat: 3.08.2010
 
MARAQL XEBERD.THANKS




Status: qeyd edilməyib
imza
GİTTİN.Şimdi 1 mevsim deyil koca 1 hayat girdi aramıza.Biliyorum ne sen döne bilirsin artık nede ben kapıyı açabilirim sana.Ama şunuda unutma Tek sen oldun benim hayatımda.Körleşti duygular senin yokluğunda...
ICQ: --
Reputasiya: 3
angel_org (Offline)
Əlavə edilən tarix 10 dekabr 2010 22:24 | 3

Şərh sayı: 3456
Xəbər sayı: 79
Xalı: 273
Qeydiyyat: 18.03.2010
 
Maraqlidi.amma bilirdim.




Status: qeyd edilməyib
imza
ICQ: --
Reputasiya: 5
Ayla_girl (Offline)
Əlavə edilən tarix 10 dekabr 2010 21:32 | 2

Şərh sayı: 2032
Xəbər sayı: 71
Xalı: 20
Qeydiyyat: 21.11.2010
 
Oxudum maraqlidir




Status: qeyd edilməyib
imza
ICQ: --
Reputasiya: 3
GATTAKA (Offline)
Əlavə edilən tarix 10 dekabr 2010 19:36 | 1

Şərh sayı: 1555
Xəbər sayı: 54
Xalı: 3
Qeydiyyat: 23.10.2010
 
XEBERE GORE TESEKKURLER




Status: qeyd edilməyib
imza
Ən böyük çinar bir toxumda, ən böyük quş bir yumurtada gizlidir...
ICQ: --
Reputasiya: 1
Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!

İSTİFADƏÇİ PANELİ


Xoş Gəldiniz

Ləqəb
Şifrə

Qeydiyyatdan keç!
Şifrəni unutmusan?

AYLIQ MÜƏLLİFLƏR

AYLIQ ŞƏRHÇİLƏR

TOP ŞƏRHLƏR

SEV_GI

Şərh sayı: 6171
hebibi_p

Şərh sayı: 5686
_ROCK_STAR_

Şərh sayı: 3871
angel_org

Şərh sayı: 3456
fasqa

Şərh sayı: 3102
EMERALD

Şərh sayı: 2903
xansuagdash

Şərh sayı: 2848
Sparrow

Şərh sayı: 2818
Ice

Şərh sayı: 2397
Menekşe

Şərh sayı: 2376

ZƏNGİn İSTİFADƏÇİLƏR

HiTMaN

xal: 2821
Menekşe

xal: 2366
SiMPLe_GiRL

xal: 2234
Naxcione

xal: 2002
vusaal

xal: 1718
hebibi_p

xal: 1232
M1rZ3

xal: 1095
karakasa

xal: 1073
xeyal98

xal: 1057
NiXaTo

xal: 1003

SORĞU

Sizin fikrinizcə uğurun açarı aşağıdakılardan hansıdır?

İradə və inam
Təhsil və inkişaf
Cəsarət
Ağıl
Maraq
Ümid
Davranış
Sevgi
Digər...


Son Səsverən: Qonaq
Bütün Sorğular