www.nice.az » Maraqlı Məlumatlar » Qadınlarda yaş böhranı
Qadınlarda yaş böhranı
Bu xəbəri dostlarınla paylaş:
Müasir dövrdə 30 yaşlı xanımlar hələ indi ərə getmək və ana olmaq barədə düşünürlər. Və heç kim bunun gec olduğunu düşünmür. Bundan başqa, hazırda 30 yaşlı xanım kosmetik prosedurların vasitəsilə elə görünə bilər ki, ona heç kim 20, 25 yaş verə bilməz. Qadın 30 yaşda daha gözəl və daha güclü olur. Amma niyə bir çoxları bu yaşda böhran və stressə düşür?
30 yaşımızda bir çox şeylərə fərqli baxmağa, həyatımızı dəyişməyə çalışırıq. Əslində, "30 yaşın böhranı"nda qorxulu heç nə yoxdur. Sadəcə, yetkin yaşda insan həyati məqsədlərini, ixtisas seçimini, prinsiplərini yenidən düşünür və 10-20 ildən sonra nələrə nail olmaq istədiyi barədə fikirləşir. Yaş dövranı zamanı insan həm müsbət, həm də mənfi keyfiyyətlər qazana bilər. Yəni böhran elə dövrdür ki, insanın bəzi psixoloji xüsusiyyətləri yeni keyfiyyət əldə edir.
Düşünməyin ki, 30 yaşın böhranı yalnız qadınlara aiddir. Kişilər də eyni yaşda eyni hissləri keçirirlər. Kişilər bu dövrdə ən çox işləri barədə düşünürlər. Bəzən seçilən fəaliyyət sahəsi kişiyə uğur qazanacağı hissi vermir. Həmçinin yubiley ərəfəsində kişilər idealların dəyişməsi ilə üzləşirlər. Özlərinə sual verirlər - nə dərəcədə mən idealam, mən kiməm və nəyə nail olmaq istəyirəm? Qadınlarda isə 30 illik yubileydən sonra sosial rollarının yenidən dərki başlayır. Uğurlu karyerası olanlar ailə qurmaq və uşaq sahibi olmaq, ailəli olanlar isə karyera arzusunda olurlar.
Fizioloji olaraq bir çox qızlarda cinsi maraq 26-30 yaşında tam inkişaf edir və təqribən 60 yaşına qədər bu səviyyədə qalır. Bəzi qadınlarda cinsi marağın aşağı düşməsi 45-50 yaşlarında müşahidə olunur. Kişilərdə cinsi həyata tələb 25-30 yaşlarında maksimal səviyyəyə çatır, sonrakı illərdə azalma müşahidə olunur. Buna görə bir çox qadınlar həyat yoldaşlarının 30 yaşına kimi cinsi münasibətdə fəal olduğunu bildirir, 30 yaşdan sonra zəiflədiklərindən gileylənirlər.
Evlilik
Hələ ideal kişi ilə qarşılaşmamısınız? Nəzərinizə çatdıraq ki, kişilər üçün ən cazibədar məhz 30 yaşlı xanımlardır. Ona görə yarınızı tapıb ailə həyatı qurmağa şansınız çoxdur. İnanmırsınız? Əbəs yerə. 30 yaşında siz nə istədiyinizi və yanınızda kimi görmək istədiyinizi yaxşı bilirsiniz.
Çıxış yolu
Ad gününüzə sevdiyiniz insanlarla yığışıb şənlənmək üçün gözəl gün kimi baxın. Axı əvvəllər belə idi. Qəlbinizin dərinliyində heyifsilənirsiniz ki, artıq 18 yaşlı dərdsiz-sərsiz qız deyilsiniz. Məhz bu səbəbdən özünüzü bədbəxt hiss edirsiniz.
30 yaşda siz kişilərin bahalı maşınına və ya qiymətli hədiyyəsinə aldana bilməzsiniz. Yaşınızın daha bir üstünlüyü seksuallığın pik nöqtəsidir. İntim həyatda nəyi sevdiyinizi və kişiyə necə həzz verəcəyinizi bilirsiniz.
Gənc rəfiqələriniz Mendelson marşı altında ərə gedəndə və uşaq dünyaya gətirəndə siz karyera qururdunuz. Amma indi ailə qurmaq arzusundasınız. Və bunu valideyn və qohumalarınızın təkidilə yox, möhkəm ailə qurmaq istədiyinizə görə edəcəksiniz.

Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
|
Müəllif: krik |
Baxış sayı : 658 |
Rəylərin sayı (16) |
1 sentyabr 2010

|
| ||||
|
|

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!