TƏQVİM

«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 

ONLİNE

Hal-hazırda saytda 73 nəfər

.İstifadəçilər: 0
Tapılmadı.

.Robotlar: 1
Yandex

.Qonaqlar: 72

.Saytda olan son 20 istifadəçi
2Karona adopingBum
amerika Ashleynig
Ateist azefefo
Danielseego Darknight
Deerlip eagewsjes
edurnenok efygas
Falaexalp HymanPer
ijuxobajo JosueJeOli
LeGaCy M1rZ3
MelvinTog vasif_275

Admin | Baş Redaktor | Redaktor
VIP user | Briliant user | Gold user
Silver user | Active user

TOP XƏBƏRLƏR

TƏSADÜFİ XƏBƏR

Tank Generation

Interactive Exchange Company şirkətinin istehsal etdiyi məşhur tank oyunları silsiləsindən olan (*.jar) formatın...Ətraflı oxu

QAN YADDAŞIMIZ

 Xocalı - 26.02.1992
 Şuşa - 08.05.1992
 Laçın - 17.05.1992
 Xocavənd - 02.10.1992
 Kəlbəcər - 02.04.1993
 Ağdərə - 07.07.1993
 Ağdam - 23.07.1993
 Cəbrayıl - 23.08.1993
 Füzuli - 23.08.1993
 Qubadlı - 31.08.1993
 Zəngilan - 29.10.1993

REKLAM

sms.nice.az

FACEBOOK PAGE

DOST SAYTLARI

www.nice.az » Maraqlı Məlumatlar » Bəxtiyar Vahabzadə

Bəxtiyar Vahabzadə

 (səs sayı: 3)

Bu xəbəri dostlarınla paylaş:
Bəxtiyar Vahabzadə

Vahabzadə Bəxtiyar Mahmud oğlu (1925 - 13 fevral, 2009)- şair, dramaturq, ədəbiyyatşünas, 1945-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın xalq şairi (1984), filologiya elmləri doktoru (1964), professor, Azərbaycan MEA-nın həqiqi üzvü (2000), Azərbaycanın Əməkdar incəsənət xadimi (1974), Azərbaycan Dövlət mükafatı laureatı (1976), SSRİ Dövlət Mükafatı laureatı (1984), M.F.Axundov adına ədəbi mükafatın laureatı (1988), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990), millət vəkili (1995, 2000).
Həyatı.
Bəxtiyar Vahabzadə 1925-ci ildə Şəki şəhərində fəhlə ailəsində anadan olmuşdur. Kiçik yaşlarında ikən ailəliklə Bakıya köçmüşlər (1934). Burada orta məktəbi qurtarandan sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır (1942-1947). Universitetin aspiranturasında saxlanmış, "Səməd Vurğunun lirikası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1951). Bədii yaradıcılığa 1943-cü ildə "Ana və şəkil" adlı ilk şerini çap etdirdikdən sonra başlamışdır. O vaxtdan dövri mətbuatda şeirləri, elmi məqalələri, rəyləri müntəzəm çap olunur. "Mənim dostlarım" adlı ilk kitabında toplanmış lirik şeirlərdə faşizmə qarşı mübarizədə qalib çıxmış xalqın duyğu və düşüncələri əksini tapmışdır. Onun lirik şeir və poemalarında, mənzum pyeslərində müasir dövrün problemləri lirik-fəlsəfi planda, yeni əlvan boyalarla təsvir edilir. "İkinci səs", "Vicdan", "Yağışdan sonra", "Yollara iz düşür", "Fəryad" və "Hara gedir bu dünya", "Özümüzü kəsən qılınc", "Cəzasız günah", "Dar ağacı", "Rəqabət" (1960-2003) pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulmuşdur. Tənqidçi-ədəbiyyatşünas kimi də fəaliyyət göstərmişdir. "Səməd Vurğunun həyat və yaradıcılığı" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir (1964). Azərbaycan Dövlət Universitetində Müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru vəzifəsində çalışmışdır (1950-1990). 1990-cı ildə təqaüdə çıxmışdır. Azərbaycan MEA-nın müxbir üzvü (1980), sonra həqiqi üzvü (2000) seçilmişdir. 1981-ci ildə SSRİ Yazıçılarının VII qurultayında SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü seçilmişdir. O, həmçinin Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyətinin və Ağsaqallar Şurasının üzvü idi (1991). Ədəbi-bədii prosesin yorulmaq bilməyən təbliğatçısı və təşkilatçısı kimi tanınırdı. Azərbaycan KP Bakı şəhər Komitəsinə üzv və bir neçə çağırış Bakı xalq deputatları Sovetinə və X çağırış Azərbaycan Ali Sovetinə, 1995 və 2000-ci illərdə Azərbaycan Milli Məclisinə deputat seçilmişdir. 1976-cı ildə "Leninlə söhbət" və "Muğam" poemalarına görə Azərbaycan Dövlət mükafatına layiq görülmüşdür. "Qırmızı Əmək Bayrağı" və "İstiqlal" (1995) ordenləri ilə təltif olunmuşdur. Bəxtiyar Vahabzadə Bəxtiyar Vahabzadə 60-cı illərdən başlayan mili azadlıq hərəkatının öncüllərindən biri idi. O, 1959-cu ildə yazdığı "Gülüstan" poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirmiş, rus və fars imperiyasının pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğrundakı ədalətli mübarizəsinə qoşulmuşdur. Bu poemaya görə 1962-ci ildə şair "millətçi" damğası ilə Azərbaycan Dövlət Universitetindən çıxarılmış, yalnız 2 ildən sonra işə bərpa edilmişdir. Sovet rejimində milli varlığı tapdanan, hər cür məhrumiyyətlərə məruz qalan millətin dərdlərini rəmzlər və müxtəlif ədəbi üsullarla ifadə etmiş, iri həcmli poemaları və pyeslərində hadisələri ya tarixə, ya da başqa ölkələrə keçirərək öz millətinin dərdlərini dilə gətirmişdir. Birbaşa Sovet diktaturasını ifşa edən əsərlərini isə şair, sovet ittifaqı dağılandan sonra "Sandıqdan səslər" başlığı altında nəşr etdirmişdir. Bəxtiyar Vahabzadə və Heydər Əliyev B.Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin, eləcə də tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifidir. Şairin əsərləri - şeir kitabları, dramları və publisistik yazıları dünyanın bir çox dillərinə, o cümlədən ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar, keçmiş Sovetlər Birliyi xalqlarının dillərinə tərcümə edilmişdir. 2009-cu il fevral ayının 13-də, 84 yaşında uzun sürən xəstəlikdən sonra Bakıda vəfat etmişdir. Yaradıcılığı Ömür başdan-başa, beşikdən-qəbrə Həyatın sevinci, qəmi deyilmi? Ölüm bir ömürlük iztirabların - Ağrının, acının cəmi deyilmi? Mənəvi dünyaya qalxıb ucalmaq Qanadlı duyğuya qismətdir ancaq. Beləysə, ömürdən, gündən kam almaq Hər kəsin arzusu, kamı deyilmi ? Keçir məqamlar da gündə yüz əldən, Hansı gizli əldir pozan, düzəldən. Sənin güvəndiyin dünya əzəldən Əkilən, biçilən zəmi deyilmi? Ayaqlar altında yer oldu tapdaq, Sirrini, məğzini bilmədik ancaq. Tapdaq etdiyimiz bu qara torpaq Əbədi mənzilin damı deyilmi? Damımız üstündə gəzər, hey gəzər, Hərə ürəyincə bir mənzil bəzər. Torpağı sormaqdan etmədik həzər, Bu da ağlımızın kəmi deyilmi? Ötəri mənzildə qədər hökm edər, Kimimiz bal içər, kimimiz zəhər: Əbədi mənzildə hamı - bir nəfər, Bir nəfər özü də hamı deyilmi? 22 fevral, 1986.
Əsərləri
1. Mənim dostlarım. Bakı: Azərnəşr, 1949, 65 səh.
2. Bahar. Bakı: Uşaqgəncnəşr, 1950, 49 səh.
3. Ədəbi heykəl. Bakı: Azərnəşr, 1951, 60 səh.
4. Dostluq nəğməsi. Bakı: Uşaqgəncnəşr, 1953, 63 səh.
5. Çinar. Bakı: Uşaqgəncnəşr, 1956, 62 səh.
6. Sadə adamlar (poema). Bakı: Azərnəşr, 1956, 124 səh.
7. Xalq şairi Səməd Vurğun. Bakı: ADU-nun nəşriyyatı, 1956, 129 səh.
8. Ceyran. Bakı: Uşaqgəncnəşr, 1957, 163 səh.
9. Aylı gecə. Bakı: Azərnəşr, 1958, 127 səh.
10.Şəbi hicran. Bakı: Uşaqgəncnəşr, 1959, 89 səh.
11.Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1961, 273 səh.
12.Etiraf; Şəbi hicran. Bakı: Uşaqgəncnəşr, 1962, 187 səh.
13.İnsan və zaman. Bakı: Azərnəşr, 1964, 228 səh.
14.Bir ürəkdə dörd fəsil. Bakı: Azərnəşr, 1966, 236 səh.
15.Seçilmiş əsərləri. Bakı: Gənclik, 1967, 411 səh.
16.Səməd Vurğun. Bakı: Azərnəşr, 1968, 346 səh.
17.Köklər-budaqlar. Bakı: Gənclik, 1968, 134 səh.
18.Dəniz-sahil. Bakı: Gənclik, 1969, 142 səh.
19.Dörd yüz on altı. Bakı: Gənclik, 1970, 133 səh.
20.Bir baharın qaranquşu. Bakı: Gənclik, 1971, 168 səh.
21.Dan yeri. Bakı: Gənclik, 1973, 260 səh.
22.Seçilmiş əsərləri (2 cilddə). I c. Bakı: Azərnəşr, 1974, 283 səh.
23.Seçilmiş əsərləri (2 cilddə). II c. Bakı: Azərnəşr, 1975, 250 səh.
24.Sənətkar və zaman. Bakı: Gənclik, 1976, 298 səh.
25.Açıq söhbət. Bakı: Gənclik, 1977, 173 səh.
26.Sadəlikdə böyüklük. Bakı: Yazıçı, 1978, 335 səh.
27.Açılan səhərlərə salam. Bakı: Yazıçı, 1979, 230 səh.
28.Pyeslər. Bakı: Gənclik, 1980, 355 səh.
29.Payız düşüncələri. Bakı: Yazıçı, 1981, 365 səh.
30.Muğam. Bakı: Yazıçı, 1982, 132 səh. (ərəb əlifbası ilə)
31.Vətən ocağının istisi. Bakı: Gənclik, 1982, 181 səh.
32.Seçilmiş əsərləri (2 cilddə). I c. Bakı: Yazıçı, 1983, 425 səh.
33.Seçilmiş əsərləri (2 cilddə). II c. Bakı: Yazıçı, 1984, 448 səh.
34.Səməd Vurğun. Bakı: Gənclik, 1984, 377 səh.
35.Özümüzlə söhbət. Bakı: Azərnəşr, 1985, 264 səh.
36.Dərin qatlara işıq (məqalələr). Bakı: Yazıçı, 1986, 318 səh.
37.Axı dünya fırlanır. Bakı: Yazıçı, 1987, 204 səh.
38.Gəlin açıq danışaq. Bakı: Azərnəşr, 1988, 210 səh.
39.Lirika. Bakı: Azərnəşr, 1990, 214 səh.
40.Ümidə heykəl qoyun. Bakı: Yazıçı, 1993, 124 səh.
41.Vətəndaş. Bakı: Gənclik, 1994,
42.Fəryad. Bakı: Azərbaycan, 1995,
43.Körpü çaydan uzaq düşüb. Bakı: Azərbaycan, 1996,
44.Bir ömür yuxu. Bakı: Azərbaycan, 1998,
45.İstiqlal. Bakı: Gənclik, 1999, 46.Ağıl başqa, ürək başqa. Bakı: Azərbaycan, 2000,
47.Ağ atlı oğlan. Bakı: Təhsil, 2002,
48.Əsərləri (I c.). Bakı: Azərbaycan, 2001, 544 səh.
49.Əsərləri (II c.). Bakı: Azərbaycan, 2002, 576 səh.
50.Əsərləri (III c.). Bakı: Azərbaycan, 2002,512 səh.
51.Əsərləri (IV c.). Bakı: Çaşıoğlu, 2002, 608 səh.
52.Əsərləri (V c.). Bakı: Çaşıoğlu, 2002, 504 səh.

Digər əsərləri: Filmoqrafiya Akademik Yusif Məmmədəliyev (2005) Azərbaycan Naminə (2005) Bakı Bağları. Buzovna (2007) Bəxtiyar Vahabzadə (1987) Bəxtiyar Vahabzadə (2003) Bizim Qəribə Taleyimiz (2005) Böyük Ömrün Anları (2006) Dünya Şöhrətli Məzun (2003) Habil Kaman (1984) İstiqlal Şairi (1996) Qəmbər Hüseynli (2007) Qisas (1991) Qızlar (2007) Liderlik Missiyası. 1-ci Hissə (2008) Mətbuat Fədaisi (2007) Mirzə Babayev (2001) Muğam (1995) Muğamat Var Olan Yerdə... (2009) Toğrul Nərimanbəyov (1966) Zirvəyə Doğru (2007)


Hörmətli ziyarətçi, Siz qeydiyyatdan keçməmiş istifadəçi kimi sayta daxil olmusunuz.
Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
| Müəllif: Ice | Baxış sayı : 487 | Rəylərin sayı (9) | 16 iyul 2010

Mövzuya oxşar xəbərlər:

KÖHNƏ BAKI
KÖHNƏ BAKI
XƏBƏRİN ARDINDA KÖHNƏ BAKIMIZDAN 31 ŞƏKİL
Bakı metropoliteninin yeni stansiyaları
Bakı metropoliteninin yeni stansiyaları
Bakı metropoliteninin yeni stansiyaları
Bakı Gül Bayramına hazırlaşır
Bakı Gül Bayramına hazırlaşır
Mayın 10'da Azərbaycanda hər il olduğu kimi Ümumilli Liderin doğum gününə həsr olunmuşGül Bayramı qeyd olunur. Bu gözəl bahar bayramına hazırlıq öncədən başlayır.Sizlərə hazırlıq prosesindən çəkilmiş bir neçə maraqlı fotolar t ...
Bu gün Xalq artisti Vasif Adıgözəlovun ad günüdür
Bu gün Xalq artisti Vasif Adıgözəlovun ad günüdür
Vasif Adıgözəlov Azərbaycan Dövlət Konservatoriyasını iki ixtisas üzrə bitirib

Səhifəni çap et
hebibi_p (Offline)
Əlavə edilən tarix 4 yanvar 2011 15:45 | 9

Şərh sayı: 5686
Xəbər sayı: 698
Xalı: 1232
Qeydiyyat: 27.10.2010
  
he bilirdim coxsagol ki unutmaga qoymadin




Status: qeyd edilməyib
imza
Hər kəs aya bənzər. Heç kimə göstərmədiyi qaranlıq bir üzü vardır.
ICQ: --
Reputasiya: 14
angel_org (Offline)
Əlavə edilən tarix 3 avqust 2010 13:58 | 8

Şərh sayı: 3456
Xəbər sayı: 79
Xalı: 273
Qeydiyyat: 18.03.2010
 
Ela sair idi.Allah rehmet elesin.Xebere gore cox sagolun.




Status: qeyd edilməyib
imza
ICQ: --
Reputasiya: 5
WAP_YERAZLAR_BIZ (Offline)
Əlavə edilən tarix 18 iyul 2010 01:25 | 7

Şərh sayı: 0
Xəbər sayı: 0
Xalı:
Qeydiyyat: --
Mükafatı yoxdur
Diqqət! Bu linki görmək üçün zəhmət olmasa qeydiyyatdan keçin.




Status: qeyd edilməyib
ICQ: --
Reputasiya:
Qiyamet Simfoniyasi (Offline)
Əlavə edilən tarix 17 iyul 2010 09:40 | 6

Şərh sayı: 540
Xəbər sayı: 17
Xalı: 0
Qeydiyyat: 14.04.2010
Mükafatı yoxdur
tesekkur




Status: qeyd edilməyib
ICQ: --
Reputasiya: 0
Birtanem (Offline)
Əlavə edilən tarix 17 iyul 2010 00:18 | 5

Şərh sayı: 853
Xəbər sayı: 85
Xalı: 180
Qeydiyyat: 3.05.2009
Mükafatı yoxdur
Melumata gore cox sag ol.seirlerini sevdiyim Sairlerden idi.Allah Rehmet elesin




Status: qeyd edilməyib
ICQ: --
Reputasiya: 6
_emil_ (Offline)
Əlavə edilən tarix 16 iyul 2010 20:17 | 4

Şərh sayı: 455
Xəbər sayı: 5
Xalı: 0
Qeydiyyat: 8.08.2009
Mükafatı yoxdur
Men bunun haqqinda bilirdim.. Amma yene de thankyou




Status: qeyd edilməyib
imza
Nice.aZ - Bizimle ol , Bizimle Eylen !
ICQ: --
Reputasiya: 1
Ice (Offline)
Əlavə edilən tarix 16 iyul 2010 17:37 | 3

Şərh sayı: 2397
Xəbər sayı: 40
Xalı: 423
Qeydiyyat: 20.05.2010
 
Butun sherhlerinize gore twk...




Status: qeyd edilməyib
imza
♥ I'm incomplete without YOU! ♥

https://www.facebook.com/lloovveellyypphhoottooss ----> like
ICQ: --
Reputasiya: 1
Muslim_Girl (Offline)
Əlavə edilən tarix 16 iyul 2010 17:36 | 2

Şərh sayı: 588
Xəbər sayı: 108
Xalı: 0
Qeydiyyat: 30.04.2010
Mükafatı yoxdur
thankyou




Status: qeyd edilməyib
ICQ: --
Reputasiya: 2
WaXReZaD (Offline)
Əlavə edilən tarix 16 iyul 2010 17:35 | 1

Şərh sayı: 194
Xəbər sayı: 0
Xalı: 8
Qeydiyyat: 12.07.2010
Mükafatı yoxdur
thankyou




Status: qeyd edilməyib
imza
Впереди оФигенное Будуще........
ICQ: --
Reputasiya: 0
Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!

İSTİFADƏÇİ PANELİ


Xoş Gəldiniz

Ləqəb
Şifrə

Qeydiyyatdan keç!
Şifrəni unutmusan?

AYLIQ MÜƏLLİFLƏR

AYLIQ ŞƏRHÇİLƏR

TOP ŞƏRHLƏR

SEV_GI

Şərh sayı: 6171
hebibi_p

Şərh sayı: 5686
_ROCK_STAR_

Şərh sayı: 3871
angel_org

Şərh sayı: 3456
fasqa

Şərh sayı: 3102
EMERALD

Şərh sayı: 2903
xansuagdash

Şərh sayı: 2848
Sparrow

Şərh sayı: 2818
Ice

Şərh sayı: 2397
Menekşe

Şərh sayı: 2376

ZƏNGİn İSTİFADƏÇİLƏR

HiTMaN

xal: 2821
Menekşe

xal: 2366
SiMPLe_GiRL

xal: 2234
Naxcione

xal: 2002
vusaal

xal: 1718
hebibi_p

xal: 1232
M1rZ3

xal: 1095
karakasa

xal: 1073
xeyal98

xal: 1057
NiXaTo

xal: 1003

SORĞU

Sizin fikrinizcə uğurun açarı aşağıdakılardan hansıdır?

İradə və inam
Təhsil və inkişaf
Cəsarət
Ağıl
Maraq
Ümid
Davranış
Sevgi
Digər...


Son Səsverən: Qonaq
Bütün Sorğular