

www.nice.az » Maraqlı Məlumatlar » Maraqlı məlumatlar
Maraqlı məlumatlar
Bu xəbəri dostlarınla paylaş:
Kəbənin açarı

İslam dünyasının müqəddəs mərkəzlərindən olan Kəbənin XII əsrə aid olan açarı Londonun Sothebys hərracında satışa çıxarılıb. Məlumata görə, açarın ilkin qiyməti 1,2 milyon dollar olsa da sonradan qiymət sürətlə artaraq, 18 milyona çatıb.
Sarı brilyant

Maastrixdə təşkil olunmuş əntiq əşyalar yarmarkasında dünyada cox nadir hallda rast gəlinən sarı brilyant satışa çıxarılıb. 70,12 karat çəkisi olan daş 7 milyon avro dəyərində qiymətləndirilib. 73 min müştərinin iştirak etdiyi hərracda brilyantı avropalı iş adamı alıb. Ancaq nədənsə alıcının adı gizli saxlanılıb.
İblis inək

Vyetnamda inəyin dünyaya gətirdiyi bala hamını heyrətləndirib. Bu inək balası şeytanı xatırladır. İnsana bənzəyən, həddindən artıq böyük başı olan canlını vyetnamlılar «iblis» adlandırıblar. «Şeytan» inək dünyaya gələndən 10 dəqiqə sonra ölsə də sahibi onun cəsədi ilə varlanmaq arzusuna düşüb. Qısa vaxt ərzində dünyanın bir cox yerindən «şeytan» inəyi görməyə gələnlərin sayı milyonu kecib.


«Mərmər» buz dağı

62 yaşlı Norvec dənizçisi Oyvind Tanqen Antraktida da maraqlı aysberq lentə alıb. Üzərində rəngli xətlər olan, aysberq mərmərdəndir və göy qurşağını xatırladır. Oyvind Tanqenin dediyinə görə, o, bir neçə saat dayanmadan aysberqi müşahidə edib və çox maraqlı görüntülərlə qarşılaşıb. Belə ki, hava qaraldıqca buz dağının rəngi dəyişərək, əvvəlcə yaşıl, sonra isə sarı olub.
Buynuzlu qarı

93 yaşlı çinli qadın Ma Çoq Nananın başında 10 santimetr uzunluğunda buynuz çıxıb. 5 il bundan əvvəl saçlarını tamamilə kəstirən qoca dərisinin şişdiyini görsə də ona əhəmiyyət verməyib. Şiş getdikcə böyüyərək, buynuz formasını alıb. Ma həkimə müraciət etsə də əlacı hələ ki, tapılmayıb.
1 tonluq fotoalbom

Bu günlərdə Hanoyda dünyanın ən böyük fotoalbomunun təqdimatı keçirilib. Çəkisi bir ton olan fotoalbomun hazırlanmasına 100 min dollar xərclənib. 26 səhifədən ibarət olan albomun hər bir səhifəsinin ölçüsü 3x4 metrdir. Fotoalbom 1993-cü ildə Vyetnama gəlmiş yapon fotoqrafı Xitomi Toyamanın işlərindən təşkil olunub. Albom «Ginnesin rekordlar kitabı»na düşüb.
Şərh yazmağı unutmayın
Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
|
Müəllif: JuLiK |
Baxış sayı : 960 |
Rəylərin sayı (13) |
11 may 2009




|
| ||||
|
|

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!