

www.nice.az » Maraqlı Məlumatlar » Adolf Hitlerin məzarı harda?
Adolf Hitlerin məzarı harda?
Bu xəbəri dostlarınla paylaş:

Əvvəllər KGB kimi tanınan ancaq indi FSB kimi adlandırılan rus gizli kəşfiyyat orqanının 90-cu il ildönümü ilə bağlı gün işığına çıxan sənədlərdə həm də, Adolf Hitler-in sığnağında intihar etdikdən sonra cəsədinə nə oldu sualına aydınlıq gətirildi. Sənədlərə görə Berlin-in işğalı günü rus əsgərləri Hitlerin və həyat yoldaşı Eva Braunun intihar etmiş cəsədlərini tapdılar. Cəsədlər tanınmayacaq dərəcədə yanmış vəziyyətdə idi (bunu Hitler özü vəsiyyət etdirmişdi) və buna görə də rus əsgərlər kimlik təsbiti elədilər və cəsədlərin həqiqətən də Hitlerə və arvadına aid olduğu məlum oldu. Əvvəlcə yaxınlıqdakı kiçik qəsəbə olan Buh-a, daha sonra buradan götürülüb Finov şəhərində bir yerə, sonra burdan da çıxarılıb Ratenhof qəsəbəsi ətrafında bir yerə basdırıldı. Qısa bir zaman ərzində bir neçə dəfə cəsədlərin yeri dəyişdirilmişdi. Hitlerin yanında ölmüş 2 itinin də meyidi var idi. Hitlerin harada basdırılması düz 25 il sirr kimi saxlanıldı. KGB heç kimə bu barədə məlumat vermədi. Bu da suallar doğururdu. Qərbdə isə Hitlerin öldürüldüyünə heç kim inanmır, elə bilirdilər ki, Hitler gizlicə Cənubi Amerikaya qaçıb. Belə söz-söhbətdən narahat olan KGB yenidən Hitlerin qəbrini açdırdı və məzardan Hitlerin və Eva Braunun qalıqları çıxarıldı Magdeburg’da Vesten Küçəsində 36 nömrəli evə gətirildi. Cəsətlər növbəti gün KGB-nin əmri ilə yandırıldı və qalan xırda qalıntılar Elba çayına axıdıldı.
Tərcümə etdi: XP... & Fikir bildirməyi unutmayın...
Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
|
Müəllif: XP |
Baxış sayı : 905 |
Rəylərin sayı (16) |
11 may 2010




|
| ||||
|
|

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!