

www.nice.az » Maraqlı Məlumatlar » Məktəbdən qovulan məşhurlar
Məktəbdən qovulan məşhurlar

ABŞ-ın Kanton şəhərində yaşayan Brayan Uorner nalayiq şəkillər çəkib dostlarına satdığına görə məktəbdən xaric edilmişdir. İllər sonra bütün dünya onu Merlin Manson kimi tanıdı.

Məşhur ispan rəssamı və rejissoru Salvador Dali «tərbiyəsi yerində olmadığına görə» məktəbdən xaric edilmişdir.

İngiltərənin Arsenal futbol klubunun rusiyalı hücumçusu Andrey Arşavin də vaxtilə məktəbdən qovulub. Onun qovulmasının səbəbi isə nə dalaşqanlıq, nə də oxumamaöğı olmayıb. Əksinə, o 4 aldığına görə jurnalı cırmışdır. O, 4 yox, 5 almalı olduğunu iddia edirdi.

Gənc ulduzlardan Avril Lavigne də məktəbdən qovulan məşhurlar siyahısındadır. O dalaşqanlığının nəticəsi olaraq düz 3 dəfə məktəbini dəyişmək məcburiyyətində qalmışdır. Avril Lavigne üçün məktəb maraqsız olduğunu o dəfələrlə qeyd edib.

Hollivudun ən məşhur «italyan»ı - Silvester Stallone məktəbdəki dəcəlliyinə görə 10 məktəb dəyişmək məcburiyyətində qalıb.

Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
|
Müəllif: krik |
Baxış sayı : 559 |
Rəylərin sayı (13) |
7 mart 2010




|
| ||||
|
|

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!