TƏQVİM

«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 

ONLİNE

Hal-hazırda saytda 50 nəfər

.İstifadəçilər: 0
Tapılmadı.

.Robotlar: 1
Yandex

.Qonaqlar: 49

.Saytda olan son 20 istifadəçi
2Karona adopingBum
amerika Ashleynig
Ateist azefefo
Danielseego Darknight
Deerlip eagewsjes
edurnenok efygas
Falaexalp HymanPer
ijuxobajo JosueJeOli
LeGaCy M1rZ3
MelvinTog vasif_275

Admin | Baş Redaktor | Redaktor
VIP user | Briliant user | Gold user
Silver user | Active user

TOP XƏBƏRLƏR

TƏSADÜFİ XƏBƏR

Ribbons Vector Pack 2

Ribbons Vector Pack 2Cəmi: 7 ədədFormat: EPS...Ətraflı oxu

QAN YADDAŞIMIZ

 Xocalı - 26.02.1992
 Şuşa - 08.05.1992
 Laçın - 17.05.1992
 Xocavənd - 02.10.1992
 Kəlbəcər - 02.04.1993
 Ağdərə - 07.07.1993
 Ağdam - 23.07.1993
 Cəbrayıl - 23.08.1993
 Füzuli - 23.08.1993
 Qubadlı - 31.08.1993
 Zəngilan - 29.10.1993

REKLAM

sms.nice.az

FACEBOOK PAGE

DOST SAYTLARI

www.nice.az » Maraqlı Məlumatlar » Kimsəsiz Uşaq [Hekayə]

Kimsəsiz Uşaq [Hekayə]

 (səs sayı: 2)

Bu xəbəri dostlarınla paylaş:
Kimsəsiz Uşaq [Hekayə]

Bu gün tezdən durmuşdu. Düşünürdü ki, fərqli bir gün olacaq. Düşünürdü ki, indiyə kimi yaşadıqları sadəcə yuxudur. Pəncərənin qarşısında dayandı. Çox gözəl bir hava var idi. Bu gün bayramdır, ailəsi ilə birlikdə gəzməyə getmək istədi. Dönüb bacısına baxdı. Şirin –şirin yatmışdı. Onun yaşı az olduğundan olanların fərqinə elə də varmırdı. Üzülürdü, amma nə baş verdiyini dərk eləmirdi. Bəlkə də anlayırdı. Bacısı 3 yaşında olsa da, danışa bilmirdi. 1 yaşından sonra danışmadı. Susdu. Susmağı ilə üsyan eləyirdi. Elə onun da yaşı az idi. 8 yaşında olan uşağın yaşadığı həyat tərzindən uzaq idi. Nədənsə özünü böyüyüb boya-başa çatmış insan kimi aparırdı.

Bacısını oyatdı. Ona qırmızı don geyindirdi. Saçlarını daradı. Yığmağa çalışdı, amma bacarmadı. Bacısı da tərpənmirdi. Sakitcə qardaşının qarşısında oturub gəlinciyi ilə oynayırdı. Başını qaldırıb onun üzünə baxdı. Üzündə ona daha da şirinlik verən bir təbəssüm yarandı. O da əyilib bacısının üzündən öpüb bərk –bərk qucaqladı. “Gəzməyə gedəcəyik”dedi. Bacısı daha da sevindi. Əl- ələ tutub nərdivandan aşağı düşməyə başladılar. Səssizlikdir. Deyəsən, düşündüyü kimi bu gün fərqli olacaqdı. Bacısının əlini bərk- bərk sıxdı. Heç aşağıya çatmamış gördüyü mənzərə onun bütün ümidlərini puç elədi. Yenə anası başı bağlı, ağlaya- ağlaya, dilinin altında nəsə danışırdı. Atası da əlində siqaret, üzünü tük basmış, saçları səliqəsiz halda pəncərənin yanında dayanmışdı. Bacısı başını qaldırıb onun üzünə baxdı. O isə gözlərini yerə dikmişdi. Günahkar uşaqlar kimi başını aşağı salıb, qəmli halda dayanmışdır. Nərdivanda əyləşdi. Bacısıda onun yanında. Anası onları gördü.

- İkinizdə yuxarı qalxın. Tez gözüm görməsin sizi. Tez olun.

- Uşaqlardan hirsini alma.

- Onların mənim uşaqlarımdır özüm bilərəm.

- Eeeee yenə başladın da……..

Beləcə həmişəki mənzərə başlayır. O isə yuxarı qalxmadı. Qalıb bu mənzərəni seyr elədi. Artıq neçənci dəfədir şahidi olmuşdu. Öyrəşmişdi. Yox öyrəşməmişdi, bezmişdi, yorulmuşdu. Bacısı başını onun qollarının arasında gizlətməyə çalışdı. O da əlləri ilə onun qulaqlarını tutdu. Dayanmadan bir- birlərini təhqir edirdilər. Hətta atası anasını vurdu. Amma buna görə o atasına nifrət eləmirdi. Çünki hər ikisini günhalandırırdı. Yuxarı qalxdılar. Balacanın başını qatsın deyə gəlincikləri əlinə aldı və birini ona uzatdı. “Gəl oynayaq. Gəlinciklər əl-ələ verib gəzməyə

getsinlər hə?” Balaca tərpənmədi. Deyəsən aşağıdan gələn səsləri dinləyirdi. Anası yenə qışqırdı. Yəqin atası yenə onu vurmuşdu. O da əlində olan gəlinciyi ilə qardaşının əlində olan gəlinciyə bərk vurdu. Dayanmadan vururdu. O, dillənmədən gəlinciyə baxdı. Oyuncağın gözündə yaş var idi. Ağlayırdı. Yox bu mümkün deyildi. Axı oyuncaq ağlaya bilməz. Fərqinə varmamışdı. Gözlərindən yaş gəlinciyin üzünə düşürdü.

Bu gün bayram idi. Bütün qonşuları ailəsi ilə gəzməyə, qonaq gedirdilər. Onları heyranlıqla izləyirdi. Ən böyük arzusu. Sadəcə uşaq olmaq istəyirdi, yaşıdları kimi olmaq istəyirdi. Bezmişdi hər gün eyni səhnə. Valideynləri onların varlığının fərqinə varmırdı. Nə bir qayğı, nə bir sevgi. Evdən getməyi, tamamilə uzaqlaşmağı düşünürdü. Onsuzda onların yoxluğunun fərqinə varmayacaqdılar. Tərəddüd edirdi. Çünki bacısını tək, burda qoymaq istəmirdi. Özü ilə aparsaydı hara gedəcəkdilər? Axşam olurdu. Artıq gün bitmək üzrə idi. O hələ də düşünürdü. Gedəcəyi yeri tapmışdı bu dəfə ancaq bacısını düşünürdü. Aşağıdakıların səsi yenidən gəlirdi. Yenə dava eləyirdilər. Bacısı gəlib onun əlini tutdu. Gözlərinə baxdı.

- Kaş ki böyük olsaydın. Sən də bir şey danışsaydın. Bəlkə də qərar verməyimə kömək edərdin.

- Cedəy buydan.

- Nə? Sən. Sən danışdın.

- Cedəy buydan.

- Yaxşı yaxşı ağlama.

Hər ikisi aşağı düşdü. Onların yanından keçib çölə çıxdılar. Gedəcəyi yerin ünvanının bilmirdi, amma yenə də dayanmadan addımladı. Bir xeyli uzaqlaşmışdılar. İndidən özünü rahat, huzurlu hiss edirdi. Bacısı da elə. O da qorxmurdu. Qardaşının əlindən tutaraq tullana- tullana gedirdi. Üstəlik mahnı da oxuyurdu. Artıq danışırdı. Nə qədər həkimlərə getmişdilər, amma danışmırdı. İndi isə mahnı oxuyurdu. O, da bacısına

qoşuldu. Birlikdə mahnı oxumağa başladılar. Bu onun xoşuna gəldi. Uzun bir yol getdilər. Birdən hündürboylu, yaşlı bir adam onlara yaxınlaşdı. Uşaqların yol kənarında tək başına olmaları diqqətini çəkmişdi.

- Ey şirinlər, təkcə hara belə?

O başını qaldırıb mülayim təbəssümlə getmək istədiyi yerin adini dedi.

- Kimsəsiz uşaqlar evinə…


Hörmətli ziyarətçi, Siz qeydiyyatdan keçməmiş istifadəçi kimi sayta daxil olmusunuz.
Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
| Müəllif: SiMPLe_GiRL | Baxış sayı : 466 | Rəylərin sayı (6) | 29 avqust 2012

Mövzuya oxşar xəbərlər:

Sevgi Hekayəsi
Sevgi Hekayəsi
Sevgi HekayəsiƏtraflı Xəbərin Ardında...!
Bir körpənin həsrəti [maraqlı bir hekayə]
Bir körpənin həsrəti [maraqlı bir hekayə]
Maraqlı bir hekayə
Vicdan...
Vicdan...
Xəbərin davamında maraqlı və ibrətamiz bir hekayə.
Ana sevgisi, yoxsa Allah sevgisi
Ana sevgisi, yoxsa Allah sevgisi
Anasını canından çox sevirdi, ancaq ALLAHı anasından da çox sevirdi!

Səhifəni çap et
Menekşe (Offline)
Əlavə edilən tarix 5 sentyabr 2012 16:22 | 6

Şərh sayı: 2376
Xəbər sayı: 256
Xalı: 2366
Qeydiyyat: 11.06.2012
  
bunu oxumusdum... tesirlidi.. usaqlara sevgi göstermek lazimdir... təşəkkürlər...




Status: qeyd edilməyib
imza
ICQ: --
Reputasiya: 6
nuni (Offline)
Əlavə edilən tarix 30 avqust 2012 23:47 | 5

Şərh sayı: 2337
Xəbər sayı: 22
Xalı: 120
Qeydiyyat: 18.05.2009
 
Ooo supper hekaye))




Status: qeyd edilməyib
imza
Biz kim oldugumuzu bilirik,kim olacagimizi ise yox....
ICQ: --
Reputasiya: 0
SiMPLe_GiRL (Offline)
Əlavə edilən tarix 30 avqust 2012 13:18 | 4

Şərh sayı: 2242
Xəbər sayı: 452
Xalı: 2234
Qeydiyyat: 8.02.2012
  
Branjelina,
deymez..




Status: qeyd edilməyib
ICQ: --
Reputasiya: 14
Branjelina (Offline)
Əlavə edilən tarix 30 avqust 2012 11:45 | 3

Şərh sayı: 125
Xəbər sayı: 0
Xalı: 108
Qeydiyyat: 8.12.2010
Mükafatı yoxdur
dusundurucudur cox sag ol SIMPLe_GIRL maraqli hekaye idi




Status: qeyd edilməyib
imza
BRANJELINA
ICQ: --
Reputasiya: 0
SiMPLe_GiRL (Offline)
Əlavə edilən tarix 29 avqust 2012 20:26 | 2

Şərh sayı: 2242
Xəbər sayı: 452
Xalı: 2234
Qeydiyyat: 8.02.2012
  
Candy,
deymez..




Status: qeyd edilməyib
ICQ: --
Reputasiya: 14
Candy (Offline)
Əlavə edilən tarix 29 avqust 2012 16:50 | 1

Şərh sayı: 887
Xəbər sayı: 64
Xalı: 702
Qeydiyyat: 21.02.2012
Mükafatı yoxdur
tesir edici hekayedi, tewekkurler




Status: qeyd edilməyib
ICQ: --
Reputasiya: 26
Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!

İSTİFADƏÇİ PANELİ


Xoş Gəldiniz

Ləqəb
Şifrə

Qeydiyyatdan keç!
Şifrəni unutmusan?

AYLIQ MÜƏLLİFLƏR

AYLIQ ŞƏRHÇİLƏR

TOP ŞƏRHLƏR

SEV_GI

Şərh sayı: 6171
hebibi_p

Şərh sayı: 5686
_ROCK_STAR_

Şərh sayı: 3871
angel_org

Şərh sayı: 3456
fasqa

Şərh sayı: 3102
EMERALD

Şərh sayı: 2903
xansuagdash

Şərh sayı: 2848
Sparrow

Şərh sayı: 2818
Ice

Şərh sayı: 2397
Menekşe

Şərh sayı: 2376

ZƏNGİn İSTİFADƏÇİLƏR

HiTMaN

xal: 2821
Menekşe

xal: 2366
SiMPLe_GiRL

xal: 2234
Naxcione

xal: 2002
vusaal

xal: 1718
hebibi_p

xal: 1232
M1rZ3

xal: 1095
karakasa

xal: 1073
xeyal98

xal: 1057
NiXaTo

xal: 1003

SORĞU

Sizin fikrinizcə uğurun açarı aşağıdakılardan hansıdır?

İradə və inam
Təhsil və inkişaf
Cəsarət
Ağıl
Maraq
Ümid
Davranış
Sevgi
Digər...


Son Səsverən: Qonaq
Bütün Sorğular