TƏQVİM

«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 

ONLİNE

Hal-hazırda saytda 59 nəfər

.İstifadəçilər: 0
Tapılmadı.

.Robotlar: 1
Yandex

.Qonaqlar: 58

.Saytda olan son 20 istifadəçi
2Karona adopingBum
amerika Ashleynig
Ateist azefefo
Danielseego Darknight
Deerlip eagewsjes
edurnenok efygas
Falaexalp HymanPer
ijuxobajo JosueJeOli
M1rZ3 MelvinTog
Robertmaw vasif_275

Admin | Baş Redaktor | Redaktor
VIP user | Briliant user | Gold user
Silver user | Active user

TOP XƏBƏRLƏR

TƏSADÜFİ XƏBƏR

Unique wallpapers from Europe. Part 806

Unique wallpapers from Europe. Part 806126 Images (Jpg) | 1280x1024 - 2048x1440 | 84 mb...Ətraflı oxu

QAN YADDAŞIMIZ

 Xocalı - 26.02.1992
 Şuşa - 08.05.1992
 Laçın - 17.05.1992
 Xocavənd - 02.10.1992
 Kəlbəcər - 02.04.1993
 Ağdərə - 07.07.1993
 Ağdam - 23.07.1993
 Cəbrayıl - 23.08.1993
 Füzuli - 23.08.1993
 Qubadlı - 31.08.1993
 Zəngilan - 29.10.1993

REKLAM

sms.nice.az

FACEBOOK PAGE

DOST SAYTLARI

www.nice.az » Maraqlı Məlumatlar » Dünyadan qayıtmış körpənin hekayəsi

Dünyadan qayıtmış körpənin hekayəsi

 (səs sayı: 2)

Bu xəbəri dostlarınla paylaş:
Dünyadan qayıtmış körpənin hekayəsi

Göyün ənginliklərində ağappaq bir dünya vardı. Bu dünyada pambıq kimi yumşaq buludların üstündə balaca, qəşəng evlər vardı. Bu evlərdə şipşirin körpələr yaşayırdı. Hər tərəfi gözəl qoxu bürümüşdü-
körpələrin qoxusu. Hər tərəfdən qığıltı səsləri, körpə gülüşləri eşidilirdi.
Bu gün hava gözəl idi. Körpələr ayaqlarını sallayıb, buludların üstündə oturmuşdular. Birdən uzaqdan birinin gəldiyini gördülər. Buludlara tərəf uzanan yolda balaca, laaap balaca bir körpə gəlirdi. Ayağının biri yox idi. Qollarının ikisi də kəsilmişdi. Başından qan axırdı. Çox yorğun idi körpə. Çox ağlamışdı körpə. Dünyadan qayıdırdı körpə. Gəlib buludların yanına çatdı.

-Hardan gəlirsən?
-Dünyadan.
-Niyə qayıtdın?
-Məni istəmədilər.
-Bəs, ayaqlarına, qollarına nə olub?
Körpə yerdə oturub sıyrılmış boynunu yana əydi. Qan damcıları sıxılıb üzü aşağı süzülməyə başladı.
-Atamla anam məni çağırandan sonra yerə endim. Anam qarnında mənim üçün rahat yataq düzəltmişdi. Orda günlərim gözəl keçirdi. Anam məni sığallayır, əzizləyirdi. Deyirdi ki, yolumu səbirsizliklə gözləyir, məni çoxxx, lap çox istəyir. Anama güvənirdim, onun qarnında xoşbəxt yaşayırdım. Atam da məni çox sevirdi.

Anamın qarnından öpüb, bu sonsuz sevgiyə görə məni kövrəldirdi.
Mən fərəhli idim, ümidli idim. İşıqlığa çıxandan sonra onların ağıllı balası olacaqdım, onlar həmişə mənimlə fəxr edəcəkdilər. Mən böyüyüb çox məşhur bir yazıçı olacaqdım, kitablarım dünyanın dörd bir yanına yayılacaqdı. Atamla anam hər yerdə hörmətlə qarşılanacaqdı. Mən insanları, ailəmi çox sevəcəkdim. Bütün bunları onlara deməyə o qədər tələsirdim ki! Amma bir gün atamla anam daha məni sığallamadı. Anamın içinə axıtdığı göz yaşları mənim üstümə töküldü. Az qala boğulacaqdım. Yalvarıb, onu səslədim, daha ağlama, dedim. Məni eşitmədi. Sonra mən də ağladım. Büzüşüb, soyuqdan tir-tir əsməyə başladım. Səhəri gün bədənimə dəyən soyuq bir şeydən diksinib oyandım. Ağrıdan səsim gəldiyi qədər bağırdım, ayaqlarım kəsiləndə atamı, qollarım kəsiləndə anamı səslədim. Amma onların mənə yazığı gəlmədi. Təkcə anamın qarnından çıxardılanda onun dərindən ah çəkdiyini eşitdim. Yavaş-yavaş huşum özümdən gedirdi. Bir də məni doğrayan cəlladın son sözlərini eşitdim “inşALLAH, gələn dəfə oğul payı verər ALLAH”...
Körpələr onu dinləyib kədərləndilər. Saçları qıvrım, yanaqları toppuş, bapbalaca, şipşirin körpə qızlardan biri ayağa durub dedi:
-Bacılar, qardaşlar, mən artıq getməliyəm, salamat qalın.
-Getmə, səni də öldürəcəklər. İnsanlar pisdir, analar, atalar amansızdır.
-Hamısı yox. Mənim 3 bacım var. Amma bir gün anam ilə atamın duasını eşitdim: “Oğlan, ya da qız-fərq etməz. Xeyirli övlad nəsib et, Ya Rəbbim!”.
-Məni səsləyirlər, artıq getməliyəm.
Körpələrdən biri də ayağa durdu.
-Gəl, bir yerdə enək yerə. Məni də səsləyirlər.
-Səni də çağırır atanla anan?
-Hə, mən bu ayaqları kəsilən qızcığazın qardaşıyam. Amma bir neçə ildən sonra yenə yanınıza qayıdacam. Bu dünyada hər şeyin bir bədəli var ...


Hörmətli ziyarətçi, Siz qeydiyyatdan keçməmiş istifadəçi kimi sayta daxil olmusunuz.
Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
| Müəllif: SiMPLe_GiRL | Baxış sayı : 411 | Rəylərin sayı (1) | 29 avqust 2012

Mövzuya oxşar xəbərlər:

Kaş ki....
Kaş ki....
Kaş ki, hər gün RƏBBİMƏ dua etsəydim…
Anam!
Anam!
Bilirəm Allah verib bu sevgini sənə...
Balaca bir Qızın dilindən həyatın əsl üzü...
Balaca bir Qızın dilindən həyatın əsl üzü...
Mən anamı və atamı çoox Sevirəm...
Tanrı və körpə
Tanrı və körpə
Tanrım, məni sabah dünyaya göndərəcəyini söylədilər, amma mən o qədər balacayam və o qədər gücsüzəm ki, orada necə yaşayacam? ...

Səhifəni çap et
Gent.Boy (Offline)
Əlavə edilən tarix 19 mart 2013 13:16 | 1

Şərh sayı: 124
Xəbər sayı: 0
Xalı: 128
Qeydiyyat: 19.03.2013
Mükafatı yoxdur
tsk




Status: qeyd edilməyib
ICQ: --
Reputasiya: 0
Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!

İSTİFADƏÇİ PANELİ


Xoş Gəldiniz

Ləqəb
Şifrə

Qeydiyyatdan keç!
Şifrəni unutmusan?

AYLIQ MÜƏLLİFLƏR

AYLIQ ŞƏRHÇİLƏR

TOP ŞƏRHLƏR

SEV_GI

Şərh sayı: 6171
hebibi_p

Şərh sayı: 5686
_ROCK_STAR_

Şərh sayı: 3871
angel_org

Şərh sayı: 3456
fasqa

Şərh sayı: 3102
EMERALD

Şərh sayı: 2903
xansuagdash

Şərh sayı: 2848
Sparrow

Şərh sayı: 2818
Ice

Şərh sayı: 2397
Menekşe

Şərh sayı: 2376

ZƏNGİn İSTİFADƏÇİLƏR

HiTMaN

xal: 2821
Menekşe

xal: 2366
SiMPLe_GiRL

xal: 2234
Naxcione

xal: 2002
vusaal

xal: 1718
hebibi_p

xal: 1232
M1rZ3

xal: 1095
karakasa

xal: 1073
xeyal98

xal: 1057
NiXaTo

xal: 1003

SORĞU

Sizin fikrinizcə uğurun açarı aşağıdakılardan hansıdır?

İradə və inam
Təhsil və inkişaf
Cəsarət
Ağıl
Maraq
Ümid
Davranış
Sevgi
Digər...


Son Səsverən: Qonaq
Bütün Sorğular