TƏQVİM

«    May 2025    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

ONLİNE

Hal-hazırda saytda 86 nəfər

.İstifadəçilər: 0
Tapılmadı.

.Robotlar: 1
Yandex

.Qonaqlar: 85

.Saytda olan son 20 istifadəçi
2Karona adopingBum
amerika Ashleynig
Ateist azefefo
Danielseego Darknight
Deerlip eagewsjes
edurnenok efygas
Falaexalp HymanPer
ijuxobajo JosueJeOli
LeGaCy M1rZ3
MelvinTog vasif_275

Admin | Baş Redaktor | Redaktor
VIP user | Briliant user | Gold user
Silver user | Active user

TOP XƏBƏRLƏR

TƏSADÜFİ XƏBƏR

Məşhurların eskizləri

Məşhurların eskizləri ...Ətraflı oxu

QAN YADDAŞIMIZ

 Xocalı - 26.02.1992
 Şuşa - 08.05.1992
 Laçın - 17.05.1992
 Xocavənd - 02.10.1992
 Kəlbəcər - 02.04.1993
 Ağdərə - 07.07.1993
 Ağdam - 23.07.1993
 Cəbrayıl - 23.08.1993
 Füzuli - 23.08.1993
 Qubadlı - 31.08.1993
 Zəngilan - 29.10.1993

REKLAM

sms.nice.az

FACEBOOK PAGE

DOST SAYTLARI

www.nice.az » Maraqlı Məlumatlar » Astroloq qadınların sirrini açır

Astroloq qadınların sirrini açır

 (səs sayı: 2)

Bu xəbəri dostlarınla paylaş:
Astroloq qadınların sirrini açır

Xoşladığınız, ya da eşq yaşadığınız qadının sizə hərtərəfli bağlanmasına nail olmaq üçün onun bürcünü də bilməlisiniz. Qadınların bürclərinə görə xüsusiyyətlərini bilmək sizə çox kömək olar. Sizə təqdim edəcəyim məlumatları türkiyəli astroloq İrəmsu yazıb.

Hansı bürcdən olan qadına aşiqsinizsə, onun xüsusiyyətlərini oxuyub, addımlarınızı ondan sonra atın.


“Qoç” qadını sevirsinizsə...


Əvvəla, bir məqsədiniz və hədəfiniz olmalıdır. Çalışqan və cəsur olmalısınız. Hər şeyin öhdəsindən gələ bilən kimi bir xüsusiyyətiniz olmalıdır. Yəni asan əldə edilən bir kişi olmamalısınız.

Onu dəstəkləyin, ancaq səhv etdiyində bunu ona birbaşa deyin. Qoç qadınlar dürüstlük və şəffaflığı xoşlayırlar. Nə deyəcəksinizsə birbaşa açıqca deyin.

İddialı bir qadınla olduğunuzu unutmayın. Yeri gələndə sizin acıqlandıracaq da. Aktiv, özü ilə barışıq, sərhədsiz düşünə bilən kişilər onun üçün özəldir.Yenilikləri izləyin, macəraçı düşünün. Hədəflərində onu dəstəkləyin. Nəyəsə əsəbiləşəndə, üstünə getməyin, sakitləşməsini gözləyin. Ana quzusu olmayın, kimliyinizi ön planda tutun. Onu təzyiq altına salmayın, azadlığına hörmət edin. Öz qərarlarını özünün verməyinə hörmət edin.

Sizə qarşı çıxanda qarşısında əyilməyin, qorxmayın, bunu, nə dərəcədə güclü olduğunuzu sınamaq üçün edir.

İkiüzlü olmayın. Heç vaxt yalan danışmayın, ağıllı bir qadınla olduğunuzu heç vaxt unutmayın.

Sıxıcı bir sevgilidir. Digər həmcinsləri kimi başqa dərdlər haqqında fikirləşmir, karyera arxasınca gedir. Ona görə özünüzü hazırlayın. Sosial fəaliyyətlərinə, dostlarına fikir verin. Özünüzü inkişaf etdirin, illər boyu eyni adam kimi qalmayın. Tutduğunuzu qopardan biri olun. Bu, sizə heyran qalmağına səbəb olacaq.

Kobud davranmayın. Onun azad bir dişi olduğunu, asan ram edilən biri olmayacağını bilin. Şəhvəti eşqin bir parçası olaraq görün, ancaq sadəcə bunun bəs edəcəyini düşünməyin. Həyatda sadəcə eşq üçün yaşayacağını düşünməyin.


“Buğa” qadını sevirsinizsə...


Dişilik xüsusiyyəti güclü olan bu qadını aldatmağı düşünməyin. Əks təqdirdə, nəticəsi faciəli ola bilər.

Baxımlı bir kişi olun, özünüzə qarşı diqqətli olun. Şəhvətə diqqət verin, qadınınızla yaxından maraqlanın.

Mütləq bir işiniz olmalıdır, gəlir sahibi olan kişilər Buğa qadını üçün hər zaman ön plandadır. Sizə sadiq olan bu qadınları başqaları ilə müqayisə etməyin, çünki o çox özəldir. Gözəl bir qadınla olduğunuzu unutmayın. Ona görə davranın.

Narahatlıq yaratmayın, hələ də mübahisə və davalarla onu mat edəcəyinizi düşünməyin.

Geyimi, gözəlliyi, baxımı, özü ilə əlaqəli hər şeyə fikir verin.

Güclü bir kişi olun. Çörəyinizi daşdan çıxarmağı bacaracaq qədər cəsur olun.

Onu qısqandığınızı bəlli edin, ancaq bunu kobud sözlər və ya davranışlarla göstərməyin.

Əlaqənizi ciddi bir şəkildə davam etdirməyə çalışın. Qeyri-ciddi bir sevgi Buğa qadınına uyğun deyildir. Verdiyiniz sözləri tutun.

Kökəlməyinə icazə verməyin, gözəlliyini ondan qabaq fikirləşin.

Lazımsız zarafatlar etməyin, ciddi olun.

Adətlərə fikir verin, onun dəyərlərinə və sahib olduğu şeylərə fikir verin.

“Kaş ki həmişə səninlə yaşasam və səninlə qocalsam, səni heç itirməsəm” - deməyiniz sizə olan sevgisini dəfələrlə artmasına səbəb ola bilər. Səmimi, sakit davranın, onunla bir dünya qurun. Planlarınızı onunla birlikdə qurmağa və onunla birlikdə etməyə çalışın. Sizə güvənməyi üçün elinizdən gələni edin. Onu xəyal qırıqlığına düçar etməyin.

Pulunuzun qədrini bilin, amma eyni zamanda keyfiyyətə də fikir verin.

Səbrini tükətməyin.

Ona toxunun, qoxulayın, qucaqlayın və qulaqlarına onu çox sevdiyinizi söyləyin.


“Əkizlər” qadını sevirsinizsə...


Bu qadının ağlına xitab etməyinizi unutmayın. Məntiqli sözlər söyləyin, mədəniyyətinizi inkişaf etdirin, hər sahədə bilgi əldə etməyə çalışın. Məntiqli davranın, harada necə davranacağınızı bilin. Həyata geniş baxın və yaradıcı olun. Hər hansı bir sualın cavabını dava ilə deyil, ağlınızla həll etməyə çalışın.

Sizə heyran olmasını istəyirsinizsə, əvvəlcə özünüzə fikir verin.

Bildiklərinizlə, ağlınızla onu özünüzə bağlamağınız mümkündür.

Azadlığını əlindən almayın, əsasən də marağında olduğu mövzularda onu tənqid etməyin.

Onu dəli etmək istəyirsinizsə, sizinlə maraqlanmasını təşkil edin. Arada bir sirli davranın.

Telefon və ya internet ilə onunla danışmağa indidən özünüzü alışdırın.

Onu çox diqqətlə dinləyin, ancaq özünüz az danışın.

Həvəsli olun, onu canlandırın, əhvalını güclü tutmağa çalışın.

Qardaşlarına, yaxınındakı adamlara heç vaxt qısqanmayın.

Daim danışmağına çalışın. Unutmayın ki, səssiz “əkizlər” heç çəkilməz. Onlara danışmaq yaraşır.

Sizinlə dostluq etməyi, sirlərini paylaşmağı xoşlayan bu qadın, eyni şeyləri də sizdən gözləyir.

Ona təzyiq etməyi düşünürsünüzsə, yanılırsınız.

Səyahətlərdən zövq almağa çalışın, həftəsonları qısa gəzməklər üçün sürprizlər təşkil edin.

Televizor izləmək, film izləmək, son texnoloji aparatları yaxından izləmək bu qadın üçün son dərəcə önəmlidir.

Sakitlik axtarırsınızsa, səhv yolda olduğunuzu göstərər. Aktiv olan bu qadın, sizi necə yola gətirəcəyini yaxşı bilir. Dili ilə, şirinliyi ilə, zəkası ilə əldə edə bilməyəcəyi kimsə yoxdur.

Ayrılmaq istəyəndə nəmli gözlərlə “getmə, nə olar, dayan” deyəcəyini hesab etməyin. O sizə nə qədər güvənməyi bilir. Ayrılıb gedəcək bir adam olub-olmadığınızı o ən başdan bilir.

Təhsil həyatınıza diqqət verin. Bu ağıllı qadın, oxuyan, karyer sahibi adamlardan yetərincə təsirlənir.

Dəyişik əhvalı olan bu qadına lazım olduğunda dəstək olmağı bilin. Ağıllı qərarlar taparaq, onu təsəlli etməyə çalışın.

Sizə sağ ol deyirsə, əlaqəni davam etdirməyi heç vaxt düşünməyin. Çünki buna fikir verməz. Açıq sözlüdür və sizin xoşbəxt olmağınız üçün bir əlaqəni davam etdirməyi heç vaxt düşünməz.


“Xərçəng” qadını sevirsinizsə...


İstiqanlı, dürüst və xoş niyyətli olmağa çalışın. Ailəsinə dəyər verin, ona aid olanlara qiymət verməyə çalışın. Vərdişləri onun hər şeyidir. Onlardan imtina etməsinə çalışmayın.

Həssas olduğu mövzularda zarafat etməyin, tənqid etməyə çalışmayın.

Sədaqətinə heç vaxt şübhə etməyin. Əgər sizi sevirsə, sizə bir ömür boyu sadiq qalacaq.

Adətlərə qarşı diqqətli olun.

Onun duyumu çox güclüdür. Aldatmağa çalışmayın. Axırda möhtəşəm bir qadınla olduğunuzu və həyatınızda birdə bu cür qadınla rastlaşmayacağınızı unutmayın.

Əgər niyyətiniz ciddi deyilsə, onun həyatına girməyin.

Ona elə davranın ki, sizdən ayrılması mümkün olmasın. Özünü güvəndə hissetməsini təşkil edin. Onun dərin duyğularına fikir verin. Diqqətsizliyiniz onu çox incidə bilər.

Ətrafınızdakı adamlar haqqında dediyi fikirlərdə sizə uyğun olmayan nöqtələr varsa, bunları ona sakit bir şəkildə dilə gətirin, onun kimi fikirləşmədiyinizi, ancaq onun fikirlərinə hörmət etdiyinizi deməyə çalışın.

Onun düşməni ilə dost, dostu ilə düşmən olmayın. Xoşlamadığı və danışmaq istəmədiyi mövzularda onu tək buraxın. Müzakirə etməyin.

Qısqanc olan bu qadını şübhələndirəcək hərəkətlər etməyin.

Ailənizə, eynən onun kimi dəyər verin.

Xatirələri, köhnə əşyaları, köhnə həyəti, dostları və bütün keçmişini dəyərli saxlayan bu qadının bütün xatirələrinə hörmət edin.

Səssiz dayanmasına baxmayın. Bəzi mövzularda bir kənara çəkilib, fikirləşə bilər. Belə zamanlarda onun nə fikirləşdiyini öyrənmək üçün məcbur etməyin.


“Şir” qadın sevirsinizsə...


Duruşu ilə, danışıqları ilə, hal və hərəkətləri ilə özünə olan güvəni açıqca meydanda olan bu qadınla birlikdə olmaq, həyatın bir hədiyyəsi olduğunu unutmayın.

Azadlığına hörmət edin.

“Nə edərsən, onu da görərsən” məsəlinə uyğun olaraq, hərəkətlərinizə fikir verin.

Dürüst olun. Heç vaxt yalan danışmayın.

Dostlarınızı diqqətli seçin. Çünki bu mövzuda çox seçicidir. Hər kəslə dostluq etməyinizdən xoşu gəlməyə bilər.

Şir qadın bir şeyə qərar verdisə, bu qərardan onu heç nə çəkindirə bilməz.

Onu hər dəfə əvvəlkindən daha xoş, gözəl görməyiniz mümkündür. Çünki özəldir və asan qarşılanacaq bir qadın deyil.

Xoş niyyətindən heç vaxt sui-istifadə etməyin. Qiymətini bilən bir kişi olmağa cəhd göstərin.

Canlı, nəşəli, enerjili və yaradıcı olmağa çalışın.

Ona bir kraliça kimi davranın. Qüruru ilə oynamağa çalışmayın. İntiqamı qorxunc ola bilər. Evlənsəniz də işləməyinə icazə verin. O, aktiv bir qadındır. Şir bürcündən olan qadınlar güclü kişilərdən xoşları gəlir. İş mövzusunda onu dəstəkləyin, yaradıcılığının ortaya çıxmasında ona kömək edin. Başqa qadınlarla müqayisə etməyin. Çünki, sizin qadınınız onsuzda özəldir. Bunu heç vaxt unutmayın. Kobud davranmayın. Cəsur olun.

Sizdən uzaqlaşanda üstünə getməyin. İnadkar olmayın. Əgər dönmək istəsə, bunu onsuz da edəcək.

Əmr etmək, istəklərini qəbul etdirmək bu qadınlarda ön plandadır. Bu hərəkətlərinə mütləq öyrəşin.


Hörmətli ziyarətçi, Siz qeydiyyatdan keçməmiş istifadəçi kimi sayta daxil olmusunuz.
Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
| Müəllif: sevgidolukalbim | Baxış sayı : 662 | Rəylərin sayı (9) | 27 may 2011

Mövzuya oxşar xəbərlər:

Qizlar özünüzə əminsiz? Gəlin bunu yoxlayaq
Qizlar özünüzə əminsiz? Gəlin bunu yoxlayaq
Qizlar özünüzə əminsiz? Gəlin bunu yoxlayaq
İlk görüşə necə getməli?
İlk görüşə necə getməli?
İlk görüşə necə getməli?
Oğlanlara 10 dəyərli məsləhət
Oğlanlara 10 dəyərli məsləhət
Oğlanlara 10 dəyərli məsləhət
Qızlar,xəbərin ardına :)
Qızlar,xəbərin ardına :)
Qüsürsuz sevgili olmaq istəyirsiniz? Həyatda mümkün olmayan heçnə yoxdur . . .

Səhifəni çap et
police girl (Offline)
Əlavə edilən tarix 13 dekabr 2012 10:24 | 9

Şərh sayı: 96
Xəbər sayı: 0
Xalı: 100
Qeydiyyat: 8.12.2012
Mükafatı yoxdur
çəkilin kənara
aaaaa ey bəs əqrəb əqrəb hanı bu irəmsu niyə mənim bürcümü yazmayıb o necə astroloqdu girl_cray




Status: qeyd edilməyib
imza
VƏRƏQƏ TOXUNAN QƏLƏM KİBRİTDƏN DAHA ÇOX YANDIRA BİLƏR
ICQ: --
Reputasiya: 0
500gun (Offline)
Əlavə edilən tarix 29 may 2011 14:35 | 8

Şərh sayı: 3
Xəbər sayı: 0
Xalı: 0
Qeydiyyat: 29.05.2011
Mükafatı yoxdur
basha dushmedim bu Iremsu yazanda niye hamisini yazmir?en guclu ve yaxshi burcu yazmayib EQREB

police girl bunu bəyənir.



Status: qeyd edilməyib
ICQ: --
Reputasiya: 0
Angel-Feride (Offline)
Əlavə edilən tarix 28 may 2011 15:36 | 7

Şərh sayı: 1
Xəbər sayı: 0
Xalı: 0
Qeydiyyat: 26.05.2011
Mükafatı yoxdur
bes oxatan burcu? hec yoxdu burda recourse




Status: qeyd edilməyib
ICQ: --
Reputasiya: 0
Adriano (Offline)
Əlavə edilən tarix 28 may 2011 00:58 | 6

Şərh sayı: 16
Xəbər sayı: 0
Xalı: 5
Qeydiyyat: 19.02.2011
Mükafatı yoxdur
Əqrəb bürcü hanı? unknowing




Status: qeyd edilməyib
ICQ: --
Reputasiya: 0
SEV_GI (Offline)
Əlavə edilən tarix 27 may 2011 19:51 | 5

Şərh sayı: 6171
Xəbər sayı: 335
Xalı: 269
Qeydiyyat: 26.08.2009
  
Burcum cox maraqli yazilib...)))Tewekkurler baci eziyyete gore....love




Status: qeyd edilməyib
imza
ICQ: --
Reputasiya: 9
ONLY_GIRL (Offline)
Əlavə edilən tarix 27 may 2011 17:54 | 4

Şərh sayı: 1972
Xəbər sayı: 0
Xalı: 0
Qeydiyyat: 6.03.2011
 
OXUDUM MARAQLI IDI BU OGLANLARA AIDDIEY COX SAGOL SEVGIDOLUKALBIM

sexymix BUGA sexymix




Status: qeyd edilməyib
ICQ: --
Reputasiya: 4
persiangirl (Offline)
Əlavə edilən tarix 27 may 2011 15:04 | 3

Şərh sayı: 1011
Xəbər sayı: 95
Xalı: 32
Qeydiyyat: 12.12.2010
Mükafatı yoxdur
Oxudum




Status: qeyd edilməyib
imza
Любимый с дарю тебе самый лучп¿½?ий подарок который с только могу подарить - Моё сердце. Получаю лучп¿½?ий из возможных подарков который с могла получить - Твоё сердце.. Говорю самое прекрасное - Я тебс люблю
ICQ: --
Reputasiya: 2
Dogged (Offline)
Əlavə edilən tarix 27 may 2011 13:13 | 2

Şərh sayı: 52
Xəbər sayı: 0
Xalı: 1
Qeydiyyat: 30.12.2009
Mükafatı yoxdur
Ama yarimciqdi ee..ne pis oldu....Tam wekilde qoyun mumkunse....




Status: qeyd edilməyib
ICQ: 624439179
Reputasiya: 0
hebibi_p (Offline)
Əlavə edilən tarix 27 may 2011 10:14 | 1

Şərh sayı: 5686
Xəbər sayı: 698
Xalı: 1232
Qeydiyyat: 27.10.2010
  
Bu oglanlara aiddir,sagol canim love




Status: qeyd edilməyib
imza
Hər kəs aya bənzər. Heç kimə göstərmədiyi qaranlıq bir üzü vardır.
ICQ: --
Reputasiya: 14
Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!

İSTİFADƏÇİ PANELİ


Xoş Gəldiniz

Ləqəb
Şifrə

Qeydiyyatdan keç!
Şifrəni unutmusan?

AYLIQ MÜƏLLİFLƏR

AYLIQ ŞƏRHÇİLƏR

TOP ŞƏRHLƏR

SEV_GI

Şərh sayı: 6171
hebibi_p

Şərh sayı: 5686
_ROCK_STAR_

Şərh sayı: 3871
angel_org

Şərh sayı: 3456
fasqa

Şərh sayı: 3102
EMERALD

Şərh sayı: 2903
xansuagdash

Şərh sayı: 2848
Sparrow

Şərh sayı: 2818
Ice

Şərh sayı: 2397
Menekşe

Şərh sayı: 2376

ZƏNGİn İSTİFADƏÇİLƏR

HiTMaN

xal: 2821
Menekşe

xal: 2366
SiMPLe_GiRL

xal: 2234
Naxcione

xal: 2002
vusaal

xal: 1718
hebibi_p

xal: 1232
M1rZ3

xal: 1095
karakasa

xal: 1073
xeyal98

xal: 1057
NiXaTo

xal: 1003

SORĞU

Sizin fikrinizcə uğurun açarı aşağıdakılardan hansıdır?

İradə və inam
Təhsil və inkişaf
Cəsarət
Ağıl
Maraq
Ümid
Davranış
Sevgi
Digər...


Son Səsverən: Qonaq
Bütün Sorğular