www.nice.az » Maraqlı Məlumatlar » Bir körpənin yarım qalmış gündəliyi....
Bir körpənin yarım qalmış gündəliyi....
Bu xəbəri dostlarınla paylaş:

5 oktyabr: Bu gün var oldum, artıq burdayam, varam. Hələlik anamın məndən xəbəri yoxdur. Bir alma nüvəsindən belə kiçiyəm. Ancaq necə olsa mən mənəm, qız olacam, baharda gülləri sevəcəyəm.
19 oktyabr: Bir az böyüdüm. Tətpənməm mümkün deyil. Anam hele xəbərsizdi, ama onun qanıyla bəslənirəm. Ürəyini gəzib gələn isti qan mənə gəlir. Məni sevəcək bir ürəyin tərpənmələrini indidən hiss edirəm.
23 oktyabr: Artıq ağzım və dodaqlarım var. Təsəvvür edirsinizmi, bir il sonra bu dodaqlardan təbəssümlər töküləcək, güləcəyəm, sonra da bu dodaqlarla Ana deyəcəyəm. Ana eşidirsənmi məni? Səninlə danışacağam, sənə güləcəyəm. Kimlərə görəsə mən hələ yoxam, axı necə ola bilər mən varam, burdayam. Çörək qırıntısı nə qədər kiçik olsada yenədə çörəkdir, elə deyilmi Ana!
27 oktyabr: Bu gün çox xoşbəxtəm. Artıq ürəyim var, döyünməyə başladı. Ömrüm boyu belə döyünəcək. Sevgilərlə dolduracağam ürəyimi, eyniylə seninki kimi. Anam bədənində iki ürəyin döyündüyünü bilsəydi nə qədər sevinərdi. Eşidirsənmi Ana?
2 noyabr: Hər gün bir az daha böyüyürəm. Əllərim və ayaqlarım fərmalaşmağa başladı. Hələ bir böyüsün, qollarımla səni necə qucaqlayacamAnacan. Ayaqlarım da tamamlansın birlikdə çiçəkli bağçada gəzərik, məktəbə gedərik.
12 noyabr: Aman allahım! Barmaqlarım çıxmağa başladı, nə qədər kiçik və şirin seylərdi. Bunlarla çiçək toplayacağam. Anamın əlindən tutacaq, şəkil çekəcəyəm, bəlkə də, gözəl şeirlər yazacağam.
20 noyabr: Nəhayət ki anam həkimə getdi. Burada olduğumu öyrəndi. Yaşasın!!! Həkim xala xüsusi bir cihazla gördü məni. Ultrason deyirlərmiş, şeklimi belə çekdi. Sevinmirsənmi anacan? Bir ildən sonra qollarının arasında olacağam...
25 noyabr: Artıq atamda burada olduğumu bilir. Amma hələ qız olduğumdan xəbərsizdir. Bu surpriz olacaq.
10 dekabr: Bu gün üzüm tamamlandı. Artıq iki gözəl gözüm, bir kiçik burnum, dodaqlarım və yanağım var. Anama bənzəyirəm yəqin...
13 dekabr: Artıq ətrafıma baxa bilirəm, çox qaranlıq olsa belə yenədə xoşbəxtəm. Qısa bir vaxtdan sonra gün işığı görəcəyəm, rəngləri və çiçəkləri tanıyacağam. Yuxumda görmüşəm dünyada göy qurşağı deyilən bir şey var. Onu görmək istəyirəm.
24 dekabr: Qulaqlarım daha yaxşı eşidir. Ana sənin ürəyinin səsini eşidirəm. Mənim ürəyimin səsini də sən eşidə bilirsənmi? Hətta səsini belə tanıyıram. Səsin nə qədər şirindi... Heç eşitmədiyim bir şey bu... Gözəl və sağlam bir qız olacağam. Qollarında yatacağam, üzünə baxacağam, o şirin səsini dinləyəcəyəm. Mənim üçün layla da söyləyəcəksənmi anacan? Məni iyləyəcəksən, çox sevəcəksən deyilmi?
28 dekabr: Ana burada bir şeylər olur. Həkim xala niyə bədbəxt baxır sənə...? Sən ağrı çəkir kimisən. Ürək səslərin dəyişdi... Susdun... Mənimlə niyə danışmırsan ana? Ana...Ana...Anacan... Üzümdə soyuq bir şey hiss edirəm. Ana üzümü parçalayırlar... Ana bir şey et... Ana...Qolumu çəkirlər ana... Canım yanır ana...Ana... Ayaqlarımı parçalayır bu şey ana.... Məni sənə bağlayan damarı qopardılar ana....Ana ürəyimi parçaladışar ana...Anacan.... Ana...Ana....An......
Həkim: İşimiz tamamlandı Xanım. Keçmiş olsun......!

Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
|
Müəllif: SeVGi_MeLeYi |
Baxış sayı : 964 |
Rəylərin sayı (13) |
10 fevral 2011

|
| ||||
|
|

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!