TƏQVİM

«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 

ONLİNE

Hal-hazırda saytda 78 nəfər

.İstifadəçilər: 0
Tapılmadı.

.Robotlar: 1
Yandex

.Qonaqlar: 77

.Saytda olan son 20 istifadəçi
2Karona adopingBum
amerika Ashleynig
Ateist azefefo
Danielseego Darknight
Deerlip eagewsjes
edurnenok efygas
Falaexalp HymanPer
ijuxobajo JosueJeOli
LeGaCy M1rZ3
MelvinTog vasif_275

Admin | Baş Redaktor | Redaktor
VIP user | Briliant user | Gold user
Silver user | Active user

TOP XƏBƏRLƏR

TƏSADÜFİ XƏBƏR

Məzəli dodaqlar

Xəbərin ardında 10 foto...Ətraflı oxu

QAN YADDAŞIMIZ

 Xocalı - 26.02.1992
 Şuşa - 08.05.1992
 Laçın - 17.05.1992
 Xocavənd - 02.10.1992
 Kəlbəcər - 02.04.1993
 Ağdərə - 07.07.1993
 Ağdam - 23.07.1993
 Cəbrayıl - 23.08.1993
 Füzuli - 23.08.1993
 Qubadlı - 31.08.1993
 Zəngilan - 29.10.1993

REKLAM

sms.nice.az

FACEBOOK PAGE

DOST SAYTLARI

İntibah

 (səs sayı: 2)

Bu xəbəri dostlarınla paylaş:
İntibah

İntibah dövrü dini və maarifçi ədəbi şərh dövrlərinin sərhədi, keçid dövrüdür. İntibahı şərtləndirən əsas hadisələrdən biri elmlərin, xüsusilə tarixi və təbiət elmlərinin müstəqil fənlər kimi formalaşması idi. Nəticədə təqribən tarixin dünyəvi mənzərəsi ortaya çıxdı. İntibah dahiləri anladılar ki, tarix fatalist yazının yox, insanların, qəhrəmanların və avantüristlərin fəaliyyəti nəticəsi olub. İntibah ədəbiyyatında insanlığın tarixi Allahın iradəsinin tarixi kimi deyil, insanların iradəsinin tarixi kimi yaranmışdır. İntibah dövründə qədim yunan-Roma bütpərəst mədəniyyətinin və tarixinin bərpası baş verdi. Renessans sözü də fransızca bərpa, dirçəltmə deməkdir. Monoteizmin hakimiyyəti şəraitində bütpərəst mədəniyyətin geniş öyrənilməsi və tərcümə edilib yayılması dinin dərin böhranından və cəmiyyətin mənəvi həyatı üzərində total nəzarətin dağılmasından xəbər verirdi. Təsadüfi deyil ki, renessans dövrü təkcə ədəbiyyatda yox, rəssamlıq və heykəltəraşlıqda da, arxitektura və teatrda da özünü göstərdi. İntibah dövründə dini ədəbi dillərin – latın dilinin hökmranlığı də şübhə altına düşdü. Milli kilsələrin inkişafı, sənətləri öyrədən məktəblərin yaranması milli dillərin – ingilis, italyan, ispan, fransız də s. dillərin coşqun inkişafına səbəb oldu. Bu dillər canlı danışıq dilindən qüvvət alır və dünyəvi ədəbi mətn yaradıcılığının təsiri ilə sürətlə zənginləşirdi. Ədəbiyyatda bu dillərin konflikti çoxlu mübahisələr yaratdı.

Milli dillərin inkişafı intibah dövründə müəllif yaradıcılığının çox geniş inkişafının tərs üzü idi. Dini ədəbiyyat Allahla bağlı ideyaların şərhi idi. Şərqin Molla Rumi, Füzuli kimi dahiləri özlərini şair yox, Allaha yaxınlaşmaq, onu dərk etmək elminin – təriqət elminin xidmətçiləri sayırdılar. Onlar Allaha məhəbbət qarşısında sanki müəllif yaradıcılığından imtina edirdilər. Lakin müəllif yaradıcılığı bundan köklü şəkildə fərqlənirdi. Müəllif – iddialı, ilk növbədə şairlik, ədəbi və fəlsəfi yaradıcılıq iddialı şəxsiyyətdir. O bu iddia ilə özünü Allah xidmətçisi deyil, sənət və ədəbiyyat xidmətçisi kimi tanıdır. Amma müəllif ədəbi yaradıcılığı Şekspir, Servantes, Dante, Bokaçço kimi intibah dahilərinin əsərləri ilə insan ehtiraslarının tərcümanı oldu, insanı, onun gücünü, sevgisini və eyni zamanda eybəcərlik və qüsurlarını tərənnüm etdi.

Məhz intibah dövründə ədəbi şərh, estetika, fəlsəfə, qədim tarix müstəqil elmlərə çevrildilər və dini ehkamlardan və sxolastikadan uzaqlaşdılar. İntibah mütəfəkkirlərinin fəaliyyəti, əsərləri maarifçiliyin böyük nümayəndələri Volter, Didro, Monteskiyö və b. üçün örnək oldu. İntibah klassiklərinin əksəriyyəti rahiblər və ya dini təhsilli insanlar idi, lakin sanki tarixi prosesin özü onları dini ehkamlar çərçivəsindən çıxmağa və dünyaya yeni, sağlam dünyəvi nəzərlə baxmağa və bu baxışları təbliğ etməyə sövq etdi. Canlı həyata, insan ehtiraslarına, sevgi və faciələrə maraq intibah dövründə realizmin xüsusi formasını ortaya çıxardı, buna intibah realizmi deyilir.

Dini ədəbiyyat intibah dövründə tam aradan çıxmadı, amma bu ədəbiyyatın yanında əsas qəhrəmanı insan olan ədəbiyyat yarandı. Beləliklə bütün mədəniyyətin mərkəzində Allah ideyası ilə yanaşı duran qəhrəman – iradəli, eyni zamanda tərəddüdlərə və səhvlərə meylli olan insan obrazı çıxdı. Kapitalist istehsalının inkişafı insan cəmiyyətində adi sağlam düşüncənin çəkisini artırırdı, təhsilə dənizçilik, hərbi iş, ticarət üçün vacib olan dünyəvi elmləri daha artıq cəlb edirdi. Bu proseslər dənizçiliyin və kapitalist istehsalının kütləvi xarakter aldığı İtaliya, İngiltərə, Fransa və İspaniya kimi ölkələrdə daha fəal gedirdi.

İntibah kapitalist istehsalına və dünyada xam ərazilərin mənimsənilməsinə ilk başlayan qabaqcıl Avropa ölkələrinin ədəbiyyatlarında başladı. Lakin dini ədəbiyyatdan və dini ədəbi ənənədən uzaqlaşma prosesi uzun tarixi bir dövrü əhatə etmişdir. Qərbi Avropa ölkələrində bu proses XVIIXVIII əsrlərə qədər, müsəlman xalqların ədəbiyyatlarında isə XIX-XX əsrlərdə baş verdi. Ona görə intibah dini dünyagörüşünün ilkin böhranı dövrü sayılır. Lakin bu böhranın ilkin və ən dərindən özünü büruzə verdiyi sahə ədəbiyyat və onun tərkib hissəsi olan ədəbi şərhin fundamental prinsiplərinin yeniləşməsi idi.


Hörmətli ziyarətçi, Siz qeydiyyatdan keçməmiş istifadəçi kimi sayta daxil olmusunuz.
Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
| Müəllif: SEV_GI | Baxış sayı : 475 | Rəylərin sayı (7) | 5 fevral 2011

Mövzuya oxşar xəbərlər:

Dini şəkillər - 16 foto
Dini şəkillər - 16 foto
16 Dini şəkil xəbərin ardında..
Leonardo da Vinçi haqqında
Leonardo da Vinçi haqqında
Leonardo da Vinçi haqqında ətraflı məlumat
Bu gün Milli Mətbuat Günüdü
Bu gün Milli Mətbuat Günüdü
Azərbaycan mətbuatının yaranmasından 137 il ötür
Dini Şəkillər
Dini Şəkillər
Əziz istifadəçilər!!Sizlərə bir-birində gözəl Dini şəkil təqdim edirəm.

Səhifəni çap et
Sparrow (Offline)
Əlavə edilən tarix 6 fevral 2011 19:28 | 7

Şərh sayı: 2818
Xəbər sayı: 232
Xalı: 22
Qeydiyyat: 29.10.2010
  
Tesekkur edirem.Baci SEV_GI




Status: qeyd edilməyib
ICQ: --
Reputasiya: 6
Schweinsteiger (Offline)
Əlavə edilən tarix 5 fevral 2011 20:38 | 6

Şərh sayı: 551
Xəbər sayı: 13
Xalı: 6
Qeydiyyat: 22.08.2010
Mükafatı yoxdur
tesekkur edirem




Status: qeyd edilməyib
imza
Müəllifi olduğum xəbərlərə şərh yazmağı və 5 ulduz səs verməyi unutmayın.
ICQ: --
Reputasiya: 1
hebibi_p (Offline)
Əlavə edilən tarix 5 fevral 2011 19:50 | 5

Şərh sayı: 5686
Xəbər sayı: 698
Xalı: 1232
Qeydiyyat: 27.10.2010
  
melumata gore sagolun




Status: qeyd edilməyib
imza
Hər kəs aya bənzər. Heç kimə göstərmədiyi qaranlıq bir üzü vardır.
ICQ: --
Reputasiya: 14
Angel s (Offline)
Əlavə edilən tarix 5 fevral 2011 19:37 | 4

Şərh sayı: 251
Xəbər sayı: 1
Xalı: 8
Qeydiyyat: 8.08.2010
Mükafatı yoxdur
tesekkurler




Status: qeyd edilməyib
ICQ: --
Reputasiya: 0
Nako (Offline)
Əlavə edilən tarix 5 fevral 2011 19:29 | 3

Şərh sayı: 315
Xəbər sayı: 7
Xalı: -10
Qeydiyyat: 30.01.2011
Mükafatı yoxdur
tesekur amma oxumadim .... winked




Status: qeyd edilməyib
ICQ: 583401197
Reputasiya: -1
angel_org (Offline)
Əlavə edilən tarix 5 fevral 2011 19:10 | 2

Şərh sayı: 3456
Xəbər sayı: 79
Xalı: 273
Qeydiyyat: 18.03.2010
 
Cox sagol bacim.Tam axira qeder oxumasam da movzunu basa dusdum.




Status: qeyd edilməyib
imza
ICQ: --
Reputasiya: 5
fasqa (Offline)
Əlavə edilən tarix 5 fevral 2011 17:32 | 1

Şərh sayı: 3102
Xəbər sayı: 0
Xalı: 224
Qeydiyyat: 13.12.2010
 
tasakkurlar sevgi




Status: qeyd edilməyib
imza
manasiz hayat heyat gozal olsaydi dogulaken aglamazdiq heyat tamizl olsaydi olerken yuyulmazdiq
ICQ: --
Reputasiya: 0
Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!

İSTİFADƏÇİ PANELİ


Xoş Gəldiniz

Ləqəb
Şifrə

Qeydiyyatdan keç!
Şifrəni unutmusan?

AYLIQ MÜƏLLİFLƏR

AYLIQ ŞƏRHÇİLƏR

TOP ŞƏRHLƏR

SEV_GI

Şərh sayı: 6171
hebibi_p

Şərh sayı: 5686
_ROCK_STAR_

Şərh sayı: 3871
angel_org

Şərh sayı: 3456
fasqa

Şərh sayı: 3102
EMERALD

Şərh sayı: 2903
xansuagdash

Şərh sayı: 2848
Sparrow

Şərh sayı: 2818
Ice

Şərh sayı: 2397
Menekşe

Şərh sayı: 2376

ZƏNGİn İSTİFADƏÇİLƏR

HiTMaN

xal: 2821
Menekşe

xal: 2366
SiMPLe_GiRL

xal: 2234
Naxcione

xal: 2002
vusaal

xal: 1718
hebibi_p

xal: 1232
M1rZ3

xal: 1095
karakasa

xal: 1073
xeyal98

xal: 1057
NiXaTo

xal: 1003

SORĞU

Sizin fikrinizcə uğurun açarı aşağıdakılardan hansıdır?

İradə və inam
Təhsil və inkişaf
Cəsarət
Ağıl
Maraq
Ümid
Davranış
Sevgi
Digər...


Son Səsverən: Qonaq
Bütün Sorğular