www.nice.az > Sevgi Aləmi > Sənə ən çox ehtiyacım olduğu anda yanımda yox idin...
Sənə ən çox ehtiyacım olduğu anda yanımda yox idin...1 fevral 2011. Müəllif: SEV_GI |
Sənə ən çox ehtiyacım olduğu anda yanımda yox idin Üşüyəndə istiliyini hiss edə bilmədim. Onsuz da mənə olan soyuqda sənin ürəyinin soyuqluğu idi. Əslində sən məni heç sevmədin Mənə söz vermişdin əsla kədərlənməyəcəkdim. Gözündən axan bir damla yaşa ölərəm demişdin. Mən kədərlənirəm və ağlayıram. Çünki sən yanımda Yoxsan! Yanağımda süzülən gözyaşlarımı silmədin Sənsizliyin əvəzidimi bu yaşadıqlarım? Mənə bu qədər uzaq olmağına baxmayaraq hər dəqiqə hər an Səninləydim Ən başda demişdim mənə uzaqsan sənsizliyə dayana bilmərəm Bəs mənə yoxluğunu hiss etdirməyəcəkdin Yaxşı bəs indi niyə Yoxsan Ürəyim heç belə yanmamışdı Heç bu qədər tək çarəsiz hiss etməmişdim özümü Bədənim yorğun, halsız, əldən düşmüşdü Təkdim və var olmağına baxmayaraq Təkəm Yuxularıma girirdin bir tək yuxularımda görürdüm səni Gözyaşlarımı silirdin ağlama qıya bilmərəm deyirdin Və birdən oyanırdım gözlərimi açmaq istəmirdim Nə olar yuxu olmasın deyirdim Amma yenə bir yuxu idi və bir daha hiss edirdim Yoxluğunun verdiyi ağrını İndi bur da qış küçələrdə xəzandan qalmış quru yarpaqlar Qışda ən gözəl dənizin sahili olar Qağayı səsi altında rəqs edən amansız dalğalar Sevdiyinlə olacaq və üfüqə doğru saatlarla baxacaqsan Möhkəm-möhkəm ona sarılıb onun qoxusunu iyləyəcəksən nə xoşbəxt olur insan Mən səninlə bunları yaşaya bilmədim Bax qışda sona çatır… ama Sən yenə Yoxsan Verilən vədlər sözdə qalmışdı Sən yanımda yoxsan Acı çəkdiyimi bilə-bilə axtarıb soruşmursan Əlbətdə sən məni heç sevmədin Sənə bunları deməyimin heç bir əhəmiyyəti yoxdu Mənə yalançı deyirdin Yalan olan sözlərim deyil Yalan olan sən idin fərqində belə deyilsən Həyat sənin üçün bir əyləncə Mənsə bir həvəslə alıb oynadığın oyuncağın. Hər oyuncağının sonu kimi məndə bir kənara atıldım Çünki həvəsin keçmiş idi Məndən imtina etdin… Hər zamanki kimi yenə özümlə baş başayım Nə ümidlərlə sevmişdim səni nə xəyallarla Anladım ki Sən Yoxsan və bunda sonra da Olmayacaqsan Bəlkə yeni sevdalara yelkən açırsan bu vaxtlar Mənsə Yalnızlıqla dənizində ucsuz bucaqsız yerlərə gedirəm Ardında ölmüş bir ruh buraxıb gedirsən Həyata qarşı bir görünüş olaraq qalıram Sənsiz və bədbəxt bir həyat…. ƏLVİDA MƏNİM OLMAYAN ÜRƏYİM… İmza: HeYiF Ki HəLə Də SəNiN GöRə BiLMəDiYiN SəNi SəNDəN ÇoX SEVƏN MəN... MəN KiMəM? SaDəCə BiR SEVƏN |