www.nice.az > Sevgi Aləmi > Ey eşq

Ey eşq


3 fevral 2011. Müəllif: Ayla_girl
Ey  eşq

Ey eşq


Ey eşq...
Boğazıma düyünlənilib içimə düşdükcə nəfəsin
Susmaq idi sənin adın...
Məhbus qaldı ürəyimdə tək hecalıq vuran səsin...

Nə vaxt geydimsə üzərimə paltarı
Ürəyimə bir bədən həmişə kiçik qaldın
Ya sevdamın qolları çox uzun idi
Ya da könül qapımı fütursuz oğurladın...

Ey eşq...
Quru qışı sarsıdanda hüzn verən bədənimə
Yanmaq idi sənin adın...
İçimdəki atəşini söndürə bilmədin...

Baharlara saxlansanda dörd mövsüm adını
Hər mövsüm gözlərimdən min il iraq idin
Sentyabrları axtartdırsa da sığındığım iqlimlərin
Ağ qışına ürəyimin bilki ən son dayanacaq idin...

Ey eşq...
Yaralı bir quş səsiylə inləsə də sunaklarım
Qışqırmaq idi sənin adın
Bəndəki sədanı dindirə bilmədin...

Hansı budağına qondusa ürəyimin göyərçini
Mövsümsüz tökülən bir quru yarpaq idin
Nə vaxt vuslat əlavəysəm ürəyimin otağına
Payıza bulanan əllərinlə bir quraq torpaq idin...

Ey eşq...
Xəzəl olub tökülsənsə də ovuclarımdan
Andlar sıyırdım mən barmaq uclarımdan
Bir zalım bədənə girib vursansa da bağrımdan
Vurğun idi sənin adın
Bəndəki səni öldürə bilmədin....