www.nice.az > Sevgi Aləmi > Yandıran özünsən,həsrətin deyil [şeir]

Yandıran özünsən,həsrətin deyil [şeir]


24 yanvar 2011. Müəllif: Ayla_girl
Yandıran özünsən,həsrətin  deyil [şeir]

Sevgilim, səninlə keçən hər anın,
Mənimçün dəyəri, əvəzi yoxdur.
Sən yoxsan, ömrümü kəsər hicranın,
Sən varsan, yaşamaq arzusu vardır.


Mən necə söyləyim, necə deyim ki,
Bəxtimiz əzəldən kəm olub bizə.
Çox çətin olsa da hər görüş, kədər.
Hər görüş gözyaşı, qəm olub bizə.


Sevilib gizlicə, sevib gizlicə
Ürəkdə yaşatdıq bu məhəbbəti.
Gül-çiçək verərdik, əvvəl hər gecə
Sonra da daş atdıq, bu məhəbbətə.


Günahkar mən oldum, yoxsa sən oldun?
Bunun cavabı da çox çətin deyil.
Əzəldən vəfasız, saxta sən oldun
Yandıran özünsən, həsrətin deyil.