www.nice.az > Sevgi Aləmi > Maraqlı hekayə
Maraqlı hekayə19 yanvar 2011. Müəllif: Sparrow |
Maraqlı hekayə Çox uzaqlarda belə bir ada var idi hansıki, orada insanın bütün hissləri yaşayardı.. Xoş əhval-ruhiyyə, Var-dövlət, Kədər, SEVGİ və.s Günlərin bir günü ada batmağa başladı.Hamı öz gəmisini minib çıxıb getdilər.Təkcə SEVGİ ən son məqama kimi tək-tənha gözlədi.Adadan cəmi bir parça qaldığını görəndə isə SEVGİ kömək istəmək qərarına gəldi. Var-dövlət öz cah-cəlallı gəmisi ilə adanın yanından keçəndə SEVGİ dedi: Mənidə özün ilə apar mən tək qalmışam.. Var-dövlət isə dedi: Mən apara bilmərəm.Mənim gəmimdə o qədər qızıl gümüş varki sənə yer yoxdur..Həmdə mən olan yerdə sən heçvaxt ola bilməzsən.. SEVGİ kədərlənib üzünü çevirdi və gördüki Qürur öz gəmisi ilə gedir.. SEVGİ dedi: Mənidə özünlə apar.. Qürur isə dedi: Xeyr mən səni apara bilmərəm özümlə.Çünki məndə burda hərşey gözəldi sən gəlsən hərşey dağılacaq..!! Kədər gəlib keçəndə SEVGİ ondanda xahiş etdi. Kədər isə cavab verdi: Sən gedəndən sonra o qədər kədərliyəmki tək qalmaq istəyirəm.Ona görə səni özümlə apara bilmərəm!! O tərəfdən Xoş əhval-ruhiyyə gedirdi..və o qədər xoşbəxt idiki heç kiminsə ona səsləndiyini belə eşitmədi.. Birdən ümidsiz SEVGİ ucadan bir səs eşitdi.. Gəl gedək səni özümlə apararam.!!! Bu sözləri söyləyən yaşlı bir ağsaqqal idi.. SEVGİ o qədər xoşbəxt idiki hətta bu ağsaqqalın kim olduğunu bele soruşmağı unutdu..Sahilə çatanda isə ağsaqqal yoxa çıxdı.. SEVGİ həmin ağsaqqala nə qədər borclu olduğunu anlayıb AĞILDAN soruşdu: Sən mənə deyə bilərsən o ağsaqqal kim idi?? AĞIL cavab verdi: O ZAMAN idi. SEVGİ təəccübləndi: ZAMAN?? Sən bilirsən o mənə niyə kömək etdi??Axı heçkəs mənə kömək etmədi. AĞIL dərindən ahhh çəkərək dedi: SEVGİnin həyatda nəqədər vacib olduğunu təkcə ZAMAN bilir.Ona görə o səni xilas etdi.. |