www.nice.az > Sevgi Aləmi > İçimdəki YOXLUQ
İçimdəki YOXLUQ17 yanvar 2011. Müəllif: GATTAKA |
![]() Məhrum . . . yenə məhrum . . . Sənsizliyin son nöqtəsindəyəm... Dəhşətli bir xəbər gətirmiş kimi döydün qapımı. Yoxluq olduğunu bilsəydim açardımmı heç? Buyur edərdimmi səni? Etməmək də olmaz ki?! Doldun qan qoxusu kimi içəriyə... Amma qonaqpərvərdim, səni qarşıladım, səni “evimə†buyur etdim. Yoxluq həmişə eynimi? Sevərkən nə qədər cəsurdum, yoxluğunda isə qorxaq. . . Bu yoxluq yox olmaq deyilmiş, inadına bütün olmaqmış. Yox görünsən də amma varsan... Necə qəribədir, var iken tapa bilməzdim səni, indi yoxluğunda hər küncə sığmışsan his qoxusu kimi... Ey Yoxluq, bu qədər maraqlısanmı məndə qalmağa? Artıq yoxluq evini kim görməyə gəlir? Gəldin, qoyuldun çiyinlərimə... Bəzən qarşıda dayanıb yoxluğunu seyr edirəm. Kimsə görməsə də səni amma mən görə bilirəm. Axı sən məndə olan yoxluqsan... Yenə gəlib qondun bir kəpənək kimi ürəyimə və anlayıram ki, yoxluğunda tapacağam səni... Sən var ikən bu qədər darıxmazdım, bu qədər gözləməzdim... Yoxluğunda bitməyən, sonlanmayan bir ümid vardır. Necə qəribədir, deyilmi? Və anladım ki, Yoxluğunda tapdım səni. Yoxluğunun dərinliyi sonsuz bir uçurum, düşürəm, amma çata bilmədim ki, hələ. Hər saat... Hər saniyə... Yoxluğun vurur bədənimə Təsliməm yoxluğuna Məğlub oldum yoxluğuna Mələyin idim, yoxluğunda uçuram . Və yenə anladım ki yoxluğunda dinclik tapacağam. Artıq yoxluq bizim üçün var. Yoxluğun sevgilim oldu. Varlığın sığmaz ikən üreyime yoxluğun doldurdu bütün boş olan yeri... Və bir daha anladım ki, məhrumam Və bildim ki, artıq mən də YOXAM. |