www.nice.az > Sevgi Aləmi > Kim daha çox itirdi, əzizim?
Kim daha çox itirdi, əzizim?14 yanvar 2011. Müəllif: SEV_GI |
![]() Mən sənə ürəyim deyirdim... Sən mənə hər şeyim... Mən ürəyimi itirdim... Sən hər şeyini... Kim daha çox itirdi, əzizim? Getmək bütün itirdiklərivi yanında aparmaqmış... Mən bilmirəm... Sən bilirsən... Kim daha çox itirdi, əzizim? ![]() Uşaq kimi sənə inanan, hamıdan dönsə də səndən dönməyən birini itirdin... Hər ehtiyacın olduğunda səni heç geri çevirməyəcək isti bir qucağı itirdin... Problemin nə olursa olsun başıvı qoyub rahatlıq tapdığın dizi itirdin... İçində səndən başqa heç kəsə yer olmayan ən sadiq ürəyi itirdin... Ən pis vaxtlarında səni qucaqlayacaq qolları itirdin... Kim daha çox itirdi, əzizim? Sən sənə sən olduğun üçün dəyər verən üç insandan birini itirdin... Sən sənə aid olan yeganə sevgini itirdin... Kim daha çox itirdi, əzizim? ![]() Birinci gözlərimi, sonra əllərimi, qoxumu,səsimi,nəfəsimi, dodaqlarımı.....amma hər şeydən əvvəl MƏNi itirdin... Kim daha çox itirdi, əzizim? Önəmli olan kimlərin içindən kimi itirdiyin deyil... Nə qədər itirdiyin də deyil... Sən MƏNİ İTİRDİN!!! Mən də SƏNİ İTİRDİM ! |