www.nice.az > Sevgi Aləmi > Ölməzsən ki, sevsən məni

Ölməzsən ki, sevsən məni


12 yanvar 2011. Müəllif: hebibi_p
Ölməzsən ki, sevsən məni


Mən vurğunam o, gözlərə,
Ürəkdən gələn sözlərə,
Mən baxmaram özgələrə,
Ölməzsən ki, sevsən məni
Sən hər şeydən irəli
Sən sevgimin əzəli
Sən ey dünya gözəli
Ölməzsən ki, sevsən məni
Bu dünyanın üzü qara
Həsrət qalmışam bir yara
Ay qız, qəlbim olub yara
Ölməzsen ki, sevsən məni
Görmürsənmi sən bu qəmi?
Həyatımda duman çəni,
Heç insafın yoxdur yəni?
Ölməzsən ki, sevsən məni
Kim deyir sevgi əladı?
Bu sevgi yox bir bəladı
Sənə söz demək xətadı
Ölməzsən ki, sevsən məni
Məni görcək gözlərini süzdürürsən,
Nazın ilə mən yazığı öldürürsən,
Tez-tez sevmək gözəldir deyirsən
Ölməzsən ki, sevsən məni.
Demə səni sevən olmaz
Məncə dünya belə qalmaz
Qəlbim səni yada salmaz
Ölməzsən ki, sevsən məni