www.nice.az > Sevgi Aləmi > Yenə kədərlərimə dönürəm
Yenə kədərlərimə dönürəm14 yanvar 2011. Müəllif: SEV_GI |
![]() Yenəmi dönürəm kədərli saatlara? Halbuki bir səs eşitmişdim.Bəlkə sənsən deyə bir ümüd örtdü içimi Gec də olsa öyrəndim ki,sənə gələn bütün yollar bağlıdır. Öyrəndim bunu….Çox gec olsa da Uzaqlardan bir səs olmaq istədi,bir dostum uzaqlardan bir əl… â€œÜşümə†deyə.Ola bilmədi,ola bilməzdi. Yoxluğun hər şeydən daha soyuq idi Yoxluğun soyuq,yoxluğun buz kimi… Bəzən elə üşüyərsən ki artıq heç bir şey hiss etməz donub qalarsan. Mənasız bir donuqluğun xətləri meydana gələr. Mənasızdır sanki hər şey “Sevgi†desələr yalnız bir iç çəkə bilərəm sonar gülüb keçərəm kimi görünər Sevgidən soruşsalar “Eyni dilimi danışırıq†deyə mənasızca baxa bilərəm gözlərinə İzah edin deyərəm,dayanmayın,buraxın bütün şeirləri,mahnıları,nağılları “Toxuna bilərəmmi sevgiyə, toxuna bilərəmmi əllərimlə“deyə soruşaram. Keçərmi üşüməsi ürəyimin,keçərmi üşüməsi içimin.. Sevgi dediyiniz şey gəldiyi zaman qəflətən anlarmı məni sevgiylə gələn, məni mən oldugum üçünmü,özü var etdiyi üçünmü istər? Mövcud olanlara məndən qalanlara “Xoş gəldinmi†deyər yoxsa bir müddət sonar hamı kimi o da çıxıb gedər? Baxışlarım dondu sanki ürəyim donunca necə də mənasız baxıram ətrafa.Görməsin istəyirəm heç kim gözlərimi, görməsin heç kim kədərimi Susuram artıq dərin dərin.. Necə də danışmaq istəyirəm halbuki… Saatlarla susmadan danışmaq istəyirəm… Bürün yığdıqlarımı ən başdan başlayıb izah etmək istəyirəm. İzah etmək çatmaz bilirəm,aydın olmaq da istəyirəm Bir əl istəyirəm başımda Saçlarıma toxunsun.İstəyirəm bütün bədənimdən söküb alsın təkliyimi tilsimiylə.Bir əl istəyirəm toxunsun saçlarıma yumşaq və alsın bütün donuqluqları yavaşca Bir çiyin istəyirəm Başımı qoyub uzun uzun ağlaya biləcəyim.İllərdir yığdığım Kədərlərimi tək-tək tökə biləcəyim bir çiyin istəyirəm Ona söykəndiyim zaman hər şeyi unutmaq istəyirəm isti olmaq… İçimi dinclik örtsün istəyirəm,heç danışmadan saatlarla orada qalmaq,heç danışmadan aydın ola bilmək istəyirəm Bilirəm nə çox sey istəyirəm Bunların yalnız xəyal olduğunu da bilirəm Səni məndə var edişimi əslində yalnız məndə olduğunu, əslində yalnız bir xəyal olduğunu çox yaxşı bilirəm Amma yenə də səninçün çox darıxıram Yenə də çox üşüyürəm və yenə də səni istəyirəm Amma məcburam kədərlərimə geri dönürəm... |