www.nice.az > Sevgi Aləmi > Sənsiz Bu Ürək [şeir]

Sənsiz Bu Ürək [şeir]


12 yanvar 2011. Müəllif: SEV_GI
Sənsiz Bu Ürək [şeir]

Yuxular hər gecə qarşımda səni var eliyir
Dünyam qapqarə ikən həyatı zindan eliyir
Gözlərim sanki biçarə gözlərində yox olub
Ürəyim sənsiz qalıb sevgiyə üsyan eliyir

Hansı məcnun ürəyi yarsız qala rahət olar?
Ağlı yerində olan sevgiyə də düçar olar?

Neyçün aldın əlimdən ağlımı ey nazlı mələk
Aldığım nəfəssənsə sənsiz bir an qalmaq olar?

İndi yoxsan yanımda tək dərdlərim yarım olub
Qızılgül ətri gələn sevgi vardı indi solub

Yorğuna taqət gərək mən nə edim söylə mənə
Yaralı bir dərvişəm dərdə əlac lazım olub

Eh qarışıb fikirlərim elə bil ağlım itib
Bitməz deyə bildiyim sevgim isə artıq bitib

Ayrılıq asan deyil mən ölərəm düşünürdüm
Baxıram ölməmişəm sadəcə qəlbim silinib

Kövrəlib dayanmadan qəm çəkərək keçməz həyat
Bivec olsam görəsən olarmı əlvan və rahat

Rahətə qovuşmağım bilirəm sənlə olacaq
Əmma ki indi ürək sənsiz qalıb çox narahat