www.nice.az > Sevgi Aləmi > Qəbiristanlıqa aparan sevgim

Qəbiristanlıqa aparan sevgim


6 yanvar 2011. Müəllif: SEV_GI
Qəbiristanlıqa aparan sevgim

Məni hiss etmirsənmi,görmürsənmi?

Axı yanındam ünvanındayam...əlim əlindədi,gözüm gözündə...

Amma baxışın əvvəlki baxış deyil,sanki nəfəsimin səsini eşidəcək qədər

yaxınlıqında olan mən yox idim orda.Təəcübləndim bilmədim niyə.

Qırılmış qəlbimi yenədə qırdın...artıq bu peşədi yəqin səndə...amma

yenədə qaranlıq qaldı mənə insan bu qədər unutqan olarmı?...

Danışdım, amma kar idi sözlərimə qulağın..Susdum susdum ki bəlkə

gözlərim danışsa duyacaqsan sən!

Amma nə fayda...gözlərindən yaşlar

yavaş yavaş axırdı...bu axıntı mənə yazda

səhər çiçəklərin üstündəki şeh damlasını xatırladırdı.

Deyirlər göz yaşı duzlu olur deniz suyu tək...

amma nədənsə axan göz yaşın mənə bulaqı xatırladırdı...

Dəlicəsinə qalxıb yerindən,gödəkçəni geyinib qapıdan çıxdın.

Yaxşı xatirimdədi bu gödəkçənin sənin əynində çox gözəl qaldıqını

demişdim.Gözəllik gödəkçədə deyildi, ona da gözəlliyi sən bəxş edirdin.

Pilləkənləri surətlə düşüb taksiyə oturdun.Mənsə hələ də

yanındayam,əllərim əllərində və bir nəfəs qədər yaxın...

Taksi-də gedərkən hey sənə baxdım, neynime doymuram

şirinliyindən.Amma sən yenə də görmədin məni.

Taksi dayandı və düşdün.Diqqətlə baxdım ətrafa...

və bir qəbrsanlıqın qapısı ağzında olduğunu gördüm.3ədəd qərənfil

alıb girdin məzarliğa...qəbrlərin arasıyla addımlamağa başlarkən

bir anlıq dayandın.Səbəbini mən bilirəm axı sən vahimələnirdin

qəbrsanlıqda...qorxurdun itirməkdən,ölməkdən və ölülərdən.

Amma nədənsə davam etdin yoluna,artıq nə baş verdiyini,

niyə ağladıqını anlıyırdım yavaş yavaş.Sevdiklərindən sənə əziz

olanlardan birini itirmişdin.Başsağığı verdim sənə, amma

yenə də eşitmədin.Dayanmadan və tez-tez gedirdin məzarların

arasıyla və get-gede surətləndi yerişin.Artıq qaçırdın...

hönkürərək,ağlayaraq qaçırdın bir məzara doğru.Qəbrə yaxınlaşdın,

diz üstə çökdün və qucaqlıyıb baş daşını ağladın.

Mənsə səni yaxınınla az müddətdə olsa tək qoyub

ürəyini boşaltmanı istədim.Mane olmaq istəmədim...

Xeyli müddət keçdi və yaxınlaşdım məzara doğru,

yaxınlaşdıqca hönkürtün tüklərimi biz-biz edirdi...