www.nice.az > Sevgi Aləmi > Toxunmadan hiss etmək
Toxunmadan hiss etmək7 yanvar 2011. Müəllif: SEV_GI |
![]() Nə bir dəfə əllərini tutdum, Nə də bir dəfə gözlərinə baxdım. Mən yalnız ürəyinə sevdalandım… Bir dəfə səsini eşitmədim amma, Könülündəki ən dərin coşğunu yaşadım mən. Mən yalnız düşüncələrinə vuruldum… Toxunmadı bədəni bədənimə, İsti duyğularına toxundum Ruhumla, ürəyimlə Mən yalnız sevginə tutuldum dəlicə... Hiss etmədim nəfəsini üzümdə, Getmədim onunla qaçmadım heç. Mən yalnız ruhuna qaçdım bütün mənliyimlə… Dilimdə adın, qələmimlə duyğularını yazdım. Səni sevərək yaşadım mən, Yalnız sənə sevdalandım sənə aid ürəyimlə… |