www.nice.az > Sevgi Aləmi > Bir damla gözyaşıyam mən

Bir damla gözyaşıyam mən


3 yanvar 2011. Müəllif: SEV_GI
Bir damla gözyaşıyam mən

Bəzən dilə gətirilə bilməyən sözlərin səsiyəm, bəzən sıx peşmanlığın diyeti,

bəzən də bir eşqin nəfəsi olaram, amma ən çoxda uşaqların gözlərində

naz olaram analara. Səssizliyin qışqırıqlarıyam əslində, izah edə

bilmədiklərinizi izah etmək istəyərəm qarşınızdakına. Əgər anlaya bilsə…

Bir qəribəsiniz siz insanlar… Sevinər ağlarsınız, kədərlənər ağlarsınız,

həsrət çəkər ağlar, qovuşar yenə ağlarsınız.

Sözlərin kifayətsiz qaldığı yerdə mənim vəzifəm başlar.

Bir damla gözyaşıyam mən

Əslində ağlaya bilmək böyük bir nemətdir amma siz utanarsınız.

Nə vaxt süzülsəm gözpınarlarınızdan aşağıya doğru,

bir təlaşdır götürər sizi. Dərhal başınızı başqa istiqamətə çevirər

və silərsiniz məni ucuz bir kağız dəsmala.

Bir anlasanız ki ağlamaq daş ürəkli olmadığınızı göstərir.

Hələ insan olduğunuzu, hiss etdiyinizi, duyğusuz olmadığınızı.

Bəzən də gözpınarlarınızdan süzülmərəm, çölə axıb ziyan etmərəm özümü.

Çünki çox daha əhəmiyyətli bir vəzifəm vardır.

Bir zalımım qığılcımını saldığı, içəridəki bir yanğını söndürmək kimi.

Bir damla gözyaşıyam mən

Əgər mənə inanmırsınızsa bir daha göz qapaqlarınızın alov alov yandığı,

boğazınıza bir şeylərin düyünlənildiyi, burnunuzun ucunun sızladığı

zamanlarda diqqət yetirin baxaq gözyaşlarınızın istiqaməti haradır?

Ən çətin olanı da bu mənim üçün…

Ağlamaq zəiflik deyil. Ağlamağınız lazım olan anlarda sıxmayın

artıq yumruqlarınızı, dırnaqlarınızı batırmayın ovuclarınıza,

boğazınızdakı düyünləri udqunaraq aradan qaldırmağa çalışmayın və

qaçırmayın gözlərinizi başqalarından.

Buraxın da süzülüm yanaqlarınızdan aşağıya yavaşca.

Bir damla gözyaşıyam mən,

evin istənməyən fərdi deyil sizin bir parçanızam…