www.nice.az > Sevgi Aləmi > Sevdim
Sevdim9 yanvar 2011. Müəllif: SEV_GI |
Sevdim... Sevdim, söylənilən hər şeyə söylədiyin hər şeyə və söylətdiyin hər şeyə baxmayaraq yenə sevdim. Sevmədin!Susdum bilə-biləki başqasının sevgisi ilə yaşayırsan amma yenə sevdim. Bu necə sevgidi axı ki, sən məni sevmədiyin halda mən səni sevdim. Bir dəfə olsun belə ürəyində mənə yer ayırmadığın halda səni sevdim və mənim ürəyimə nəzər salsaydın orda öz yerivi görərdin. ![]() Darıxdım... Başqaları səndən bəhz edəndə hiss etdim ki, sənin üçün çox darıxmışam. Sənin xəbərlərini gizlincə alırdım bəzi insanlardan sən bilmədiyin halda. Sənin üçün darıxmaq belə mənə xoş idi. Yaşadığım müddətcə, sənin üçün darıxmağa davam etdim. Bu hissə laiq olmadığın halda. İçimdə kirlətdiyin hissləri öz sevgimlə təmizlədim. ![]() Gözlədim... Yalnız qaldığım anlarda, bəlkə axtararsan və ya zəng edərsən deyə gözlədim. Düşündüm bəlkə mən yanılıram. Gözlədim ki, bəlkə ömrümə ömür qatasan. Bir ömür boyu bir-birimizlə sevgimizi bölüşüb yaşayarıq. Amma təbii ki, bu mənim düşüncəm idi sənin yox! Bu necə gözləməkdir axı? Sən hər dəfə mənim qəlbimi qırıb gedərkən, mən yenə qəlbimin qırıntılarını çox incəliklə yığırdım. Və həmişə olduğu kimi yenə də, bunlara baxmayaraq səni gözləyirdim. ![]() İmtina etdim! Əllərini əllərimdən çəkdiyin gün, imtina etdim səni sevməkdən... Imtina etdim hər dəfə qürurumu tapdaladığın üçün və nə olursa olsun sənə sevgimin azalmamasından özümə nifrət etdim. İmtina etdim səndən, əyər buna imtina etmək demək olarsa, bu necə imtana etməkdir ki, içim sənin sevginlə doludur... Çətindir...çox...çətindir. Amma sonunda içimdəki sevgimdə səndən imtina etdi! . Siz heç sevə-sevə sevginizdən imtina etdinizmi? ![]() |