www.nice.az > Sevgi Aləmi > ONA de ki...

ONA de ki...


2 yanvar 2011. Müəllif: GATTAKA
ONA de ki...

ONA de ki;

Yoruldum səni sevməkdən, düşünməkdən, darıxmaqdan...

Azad edirəm səni ürəyimdən...

ONA de ki;

Gün gəlir dövran dönər...

Və də ki;

Zaman, ən dərin yaraları belə sağaldar.

ONA de ki...

ONA de ki;

''eşqi döymək lazımdır

ürəyə tərbiyəsizlik etdiyində! ...''

ONA de ki;

Bir may daha keçdi və gəlmədin...

Ümidlə əkdiyim güllərim budağında qurudu.

Mövsümlər rəng dəyişdirdi, günəşim soldu,

səni gözləyərkən...

ONA de ki...

ONA de ki;

bir gün gələcək, bir gün qalacaq

və sən

o günün necə keçmədiyini anladığında

mənə haqq verəcəksən

niyə sevməkdən qorxduğuma...

ONA de ki;

Bizim sevgimizdə alqış yoxdur, tezahhurat yoxdur.

Bizim sevgimiz içimizdədir.

Görə bilməməyin ,

Sevgimizin böyüklüyündəndir.

ONA de ki...

ONA de ki;

Pıçıltılarını eşidirəm! Üzün varsa səsli hərflərlə danış!

Qurumuş yarpaq olsam

Bir quraq torpaq olsam

İçmərəm bir qurtum səndən

Kərbəlada su olsan belə!

ONA de ki;

Budağın ilk qırılmağı,

Yarpağın ilk yetimliyi deyil bu!

Getdiyinimi düşünürsən?

İndi hara gedərsən get,

Mən səndən əvvəl orada olacağam!