www.nice.az > Sevgi Aləmi > Amma sən susdun
Amma sən susdun28 dekabr 2010. Müəllif: SEV_GI |
Bilirəm çox şey deyəcəkdin mənə.Bunu da çox istəyirdin.Həyatının sirrlərinə ortaq edəcəkdin məni.Gözlədiklərindən,yaşadıqlarından,bəyəndiklərindən,ümüdlərindən danışacaqdın mənə.Amma sən susdun... Sən danışacaqdın mən dinləyəcəkdim.Gözlərim gözlərində,heç bezməyən dinləyici olacaqdım qarşında.Nə qədər çox danışacaqdın o qədər xoşbəxt olacaqdım.Ağzından çıxan hər cümləni beynimə həkk edəcəkdim və sonsuza qədər çıxmayacaqdı oradan sözlərin... Amma sən susdun... Xəyallarını mənə danışacaqdın.Mənsə anlatdığın hər xəyalın baş rolunda olacaqdım.Yağış yağacaqdı,sənin çətirini gizlədəcəkdim,ardımca qaçacaqdın.Məni tutunca bərk-bərk qucaqlayacaqdın."Gedək buralardan" deyəcəkdin,get get bitmeyecekdi getdiyimiz yollar... Amma sən susdun... Mənə sevdalarını danışacaqdın,ürəyim həyəcanla vuracaqdı.Danışsaydın sözlərinə sarılacaqdım.Ətrinlə sərxoş olacaqdım... Amma sən susdun... Kəlimələr tutuldu səndə.Məndə gözlərinlə danışdım.Sonsuz dərinliyə getdim. O dərinliklərdə gizlətdiyim nə varsa hamısını gün işığına çıxartdım.Utandın,qaçdın, gizləndin amma ilk dəfə inadkarlığımla qürur duydum.Bəlkə səndə kəlimələr tutuldu amma gözlərin mənimlə danışdı.Sən susdun,gözlərin açdı ruhunu mənə. Amma danışsaydın,bir də danışsaydın,ah danışsaydın...Məqsədsiz bir şəkildə çıxdığı səfərlərdə yorulmuş köhnə bir qayıq olardım sahillərdə mən... |