www.nice.az > Sevgi Aləmi > Sevməyi bilənlərə
Sevməyi bilənlərə25 dekabr 2010. Müəllif: SEV_GI |
![]() ...Anladım... Bu qədər zaman mənə izah etməyə çalışdığını, özümü tapdığımda anladım... Hər kəsin xoşbəxt olmaq üçün başqa bir yolu varmış, öz yolumu cızdığımda anladım... ![]() Bir tək yaşanaraq öyrənilərmiş həyat,oxuyaraq,dinləyərək deyil. Bildiklərini mənə niyə danışmadığını anladım... Ürəyində eşq olmadan keçən hər gün itginmiş. Eşqin arxasından niyə ayaqyalın qaçdığını anladım... ![]() Sevmək ilə sevilmənin yolu əvvəl özünü sevməkdən keçərmiş. Niyə özünə aşiq olduğunu anladım... Acı son həddə çatdığında gözyaşı gəlməzmiş gözlərdən. Niyə heç ağlamadığını anladım... ![]() Ağlayanı güldürə bilmək,ağlayanla ağlamaqdan daha dəyərliymiş. Gözyaşımı qəhqəhəyə çevirdiyində anladım... Və sevilənlə ağlaya bilmir,qaçırsansa ondan,çarəsizlikdənmiş. Sənin acın üçün otağımda tək başıma hıçqırıqlarla ağladığımda anladım... ![]() Bir insanı hər hansı biri qıra bilər amma bir tək ən çox sevdiyi ağrıda bilərmiş. Çox ağrıtdığında anladım... Lakin,layiq olarmış sevilən onun üçün tökülən hər bir damla gözyaşına. Gözyaşlarıyla birlikdə sevinclər tərk etdiyində anladım... ![]() Yalan danışmamaq deyil,gerçəyi gizləməməkmiş bacarıq. Ürəyini əlimə qoyduğunda anladım... Tək başına ayaqda dayana biləcək qədər güclüsənsə, yanında tutanlar varmış. Niyə heç tək qalmadığını anladım... ![]() Və Sənə ehtiyacım var,gəl deyə bilməkmiş güclü olmaq. Sənə get dediyimdə anladım... Biri sənə get dediyində,qalmaq istəyirəm deyə bilməkmiş sevmək. Get dediklərində getdiyimdə anladım... ![]() Dostun səni bir dəfə tərk edərmiş,min dəfə deyil. Əslində həmişə yanımda olduğunu anladım... Və bir dəfə tərk etdisə səni,bağışlamaq çox çətinmiş, Məndə bağışlaya bilmədiyin şeyin nə olduğunu anladım... ![]() Sənə sevgim ərköyün bir uşaqmış hər yıxıldığında zırıl zırıl ağlayan. Böyüyüb mənə sıx sarıldığında anladım... Üzr istəmək deyil,bağışla məni deyə qışqırmaq istəməkmiş,peşman olmaq. Həqiqətən peşman olduğumda anladım... ![]() Bağışlaya bilmərəm,çox gec demək qürurdan başqa bir şey deyilmiş hələ sevgi varsa içində əgər. Məhbus ürəyimin qapılarını qırıb,içinə baxdığımda anladım... Və qürur,itirənlərin,acizlərin maskasıymış, sevgi dolu ürəklərin qüruru olmazmış. Ürəyimdə sevgi tapdığımda anladım... ![]() Ölərcəsinə istəyən,gözləməz,yalnız ümid edərmiş bir gün bağışlanılmağı. Məni bağışlamağını ölərcəsinə istədiyimdə anladım... Sevgi əməkmiş,əmək isə imtina etməyəcək qədər amma azad buraxacaq qədər sevməkmiş.Anladım... ...SEVMƏYİ BİLƏNLƏRƏ... |