www.nice.az > Sevgi Aləmi > Sevgi...

Sevgi...


25 dekabr 2010. Müəllif: SEV_GI
Sevgi...


Sevgi...

Deyirlər gözəl duyğudur..

Paylaşdıqca azalmayan,inadına böyüyən

yerə göyə sığmayan duyğudur.

Uğrunda ölümü gözə alınası..

Hər şeyin nöqtəsidir sevgi...

Sevgi...

Az qalsın inanırdım bu yalana..

Sevmək səni sevirəm demək deyildi mənim dünyamda..

Sevmək hər gün hədiyyə,gözəl sözlər,sürprizlər də deyildi..

Sevgi deyilməzdi mənim üçün.Deyilib də əzbər halına gələcək

söz olmamalıdır..Tələb etməməlisən o sözü.

Sevgi...

O söz sənə heç düşünmədiyin anda, bəlkədə söhbətin ən maraqlı məqamında

dəxlisi olmayan bir cümlə kimi deyilib bütün fikrini

almalıdır söhbətdən..Uzaqlaşdırmalıdır hər şeydən..

Onun əlləri ələrinə dəyəndə hiss edəsən ki tamam fərqli insandır

əlindən tutan..Əlinin əzbəri olmamalıdır sevginin əlləri...

Sevgi...

Sevmək hər gün güzgünün qarşısında bəzənib onunla görüşməyi

gözləmək də deyil mənim üçün...Mənim üçün sevgi heç

gözləmədiyin anda qarşına çıxıb səni ən doğal halında görüb

yenidən gözlərini almamasıdır gözlərindən..Telefona baxıb

görəsən məni yad edibmi düşünmək deyil sevgi..

Sevgi...

Telefonu əlinə almamışdan əvvəl zəng etdiyini bilməkdir sevgi..:)

Sevgi deyil - Onsuz qalsam nəfəssiz qalaram deyib də,

başqalarının qollarında nəfəs nəfəsə qalmaq.

Sevgi deyil - Ondan gözlərini qaçırmaq.

Sevgi deyil - söz verib arxasında durmamaq..

Sevgi...

Bax bunun üçün inanmıram sevgiyə.

Sevənlərə baxıb həsəd aparmıram.

Nə biləsən kim kimi "Necə Sevir? "