www.nice.az > Sevgi Aləmi > Sevgi dialoqu
Sevgi dialoqu24 dekabr 2010. Müəllif: HiTMaN |
![]() Oğlan - Məni sevirsən ? Qız - Aha - Necə yəni aha ? - Sevirəm-sevirəm. - Bəs niyə məni başından edirmiş kimi danışırsan ? - Necə? - Axı sevirəm-sevirəm nə deməkdir ??? - Səncə nə demək ola bilər ? - Məncə bu - "Əl çək" deməkdir. - Başa düşmürəm, nə istəyirsən axı ? - Mən istəyirəm sən deyəsən ki "Sevirəm". - Dedim də. Hətda 2 dəfə. - Sən mən istədiyim kimi demədin:(. - Bəs necə deməli idim? - Sadəcə deməli idin - "Sevirəm". - Yaxşı, sevirəm. - Əla! - Sakit oldun? - Yox. - Nə var yenə? - Axı niyə sən sadəcə olaraq sevirəm deyə bilmirsən? Niyə Yaxşı sevirəm deyirsən, səni bezdiribmişəm kimi? - Aydaaa... - Bezdirmişəm, hə? - Zarafat edirsən? - Sadəcə de ki "Sevirəm"! - Sevirəm! - Hə əlbətdə sevirsən. 10 dəqiqəlik mübahisədən sonra! - ... - Səncə sevgini belə etiraf edirlər ? - Mən sevgimi etiraf etmirdim. Sadəcə sən istədiyin üçün dedim. - Yəni səninçün bunun bir mənası yoxdur? - Necə yəni? - Yəni mən istəməsəm sən sevdiyini deməyəcəkdin? - Axı mən artıq dedim! - Sadəcə ona görə ki mən istədim. - Mən, sən istəyənə qədər demişdim. Sən sevdiyimi soruşanda. - Nə demişdin? - Demişdim ki sevirəm. - Yox! Sevirəm demədin. Dedin ki "Aha" - Nə fərqi var axı? - Sən "Sevirəm" və "Aha" arasında bir fərq görə bilmirsən? - Yox, görmürəm! - Onda mən bundan sonra sənə sevirəm yerine deyəcəyəm ki "Mən səni aha" - Ha-ha-ha! - Nəyə gülürsən? - Dediyinə. - Hə, çox gülməlidir! - Nə olub axı sənə? - Sən məni sevmirsən! - Bunu hardan götürdün? - Çünki sevsən "Sevirəm" deyərdin "Aha" yox. - Yaxşı, əsəbləşdirmə məni. - Ümumiyyətlə sən məni sevsən bunu özün deyərdin, daha mənim səndən bunu istəməmi gözləməzdin! - Mən gözləmirdim! - Mən sənin sevginə əmin olsam bunu deməni istəməzdim! - Axı niyə əmin deyilsən? - Çünki... - Çünki mən "Aha" dedim? - Aha:( - Dəli:) - Aha:(. - Gəl bura:)... - Mən doğurdan da dəliyəm. - Hə, çox:). - Həmişə boş yerə mübahisə yaradıram. - Düzdü:). Gedək yataq? - Hə artıq gecdir. Bağışla məni. - Yaxşı hər şey qaydasındadır. Bağlayaq bu mövzunu. - Qucaqla məni. - :)... - Məni sevirsən? - ... |