www.nice.az > Sevgi Aləmi > Sevginin ən gözəl sübutu

Sevginin ən gözəl sübutu


25 dekabr 2010. Müəllif: Muslim_Girl
Sevginin ən gözəl sübutu


Sevginin ən gözəl sübutu səmimiyyət və zəriflikdir...

Səmimiyyət - sənə baxan sevimli baxışlardır, o qədər sevimli ki, bir baxışdan bütün qəlbin tərpənir.

Səmimiyyət - sənin parıltılı nəzərlərinə onun pıçıltı ilə cavab verməsidir. Bu pıçıltı ürəyindən keçən bütün sözləri ifadə edə bilir. Bu şamların işığıdır. Bütün dünyanı unudan iki nəfərin nəfəsindən titrəyərək az qala sönən, amma bu titrəyişlərdə iki qəlbin və ürəyin sehrini yaşadan möcüzəli işıq. Yalnız iki nəfərə bu gözəl anların əsrarəngiz nağılını hiss etdirən titrəyiş...


Sevginin ən gözəl sübutu


Səmimiyyət - təbəssümdür. Səhər tezdən şirin-şirin əsnəyərək dünyaya və sənə gülümsəyən körpənin təbəssümü. Və sən dünyada hər şeyi buna qurban verməyə hazırsan... təki o həmişə belə bacarıqsız, sadəlövhlüklə və eyni zamanda qayğısız gülümsəyə bilsin.

Səmimiyyət- dəcəl çobanyastıqlarıdır. Sevdiyin insanın gizlədərək sənə sürpriz etməyə çalışdığı gül dəstəsidir, hansı ki ordan çobanyastığının qəribə baxışları gözünə dəyir.

Səmimiyyət- sevdiyin mahnının melodiyasıdır. Bütün pəncərələrini açaraq küləyə və taleyə qarşı tam sürətlə uçurduğun avtomobilin dinamikindən süzülüb gələn həzin nəğmədir.


Sevginin ən gözəl sübutu


Səmimiyyət- bu küləkdir. Saçlarınla oynayan, onları çiyinlərinə səpələyən sərin mehdir.

Səmimiyyət- Bu elə bil öz övladın kimidir... Bircə dəfə sinənə sıxırsan və artıq onu heç kimlə səhv salmazsan. Və sənə daha heç nə vacib deyil.

Səmimiyyət- bu odur ki, sən xoşbəxtliyini bütün dünyaya hədiyyə edə bilərsən. Yalnız ona görə ki, bu dünyada O var. Və Onda sən varsan!

Səmimiyyət və zəriflik- bu mənim bütün dünyaya hədiyyəmdir. Çünki bu dünyada Sən varsan və Səndə mən varam!


Sevməyi və Gözləməyi bacararaq yaşa!