www.nice.az > Sevgi Aləmi > Unutmaq istəyirəm xatirələri [şeir]
Unutmaq istəyirəm xatirələri [şeir]22 dekabr 2010. Müəllif: Sparrow |
![]() Unutmaq istəyirəm xatirələri, Dənizin səsi gəlir..... Unutmaq isteyirem Qəlbimin sınıq məhəbbətini, İztirablı bir eşqin hekayətini. Unutmaq istəyirəm Acı-şirin xatirələri, Dənizin səsi gəlir. Dəniz, sevdalı dəniz, Əfsanələr kimi şirin, xəyali dəniz, Sevmişəm dalğalarında, Günəşində yanmışam. Qumlu sahillərini Yalınayaq gəzib dolanmışam. Məhəbbətim sənə bağlı, dəniz. Sinəsi sinəm kimi Hicran dağlı dəniz. Unutmaq istəyirəm Sahilində şirin yuxular kimi keçən Həzin axşamları, Günəşli səhəri, Unutmaq istəyirəm Yandırıb-yaxan xatirələri, Dənizin səsi gəlir..... |