www.nice.az > Sevgi Aləmi > Sən bilirsən?
Sən bilirsən?20 dekabr 2010. Müəllif: Ayla_girl |
![]() Sən təklik nədir bilirsən? Təklik məğlubiyyətdir, çarəsizlikdir, özundən bezmək həmdə özunə təsəlli verməkdir. Səni bezdirən, varlığıyla da, yoxluğuyla da yaşamağa imkan verməyən düşüncələrdir. Artıq arzuların yerini almağa başlayan xatirələrdir. Gerçəkləşməz deyə qorxduğun xəyallardir. Hədəflərin uzaq, kədərinsə yaxın olduğu son həddir. Ümidlərsə üz dondərib gedən son parçandır… Sən ayrılıq nədir bilirsən? Bu uzandıqca uzanan yollardır. Xatırlamadığın ya da heç bilmədiyin ünvan ya da telefondur. Bu bir zaman möhkəm bir ağacın son yarpağını tökməsidir. Bu xəyallarin qismən qatili, boş ümidlərinsə yaradıcısıdır. Hönkürmək istərkən soyuq-soyuq ağlamaqdir. Bu sol tərəfindəki, şiddətli ağrıdır. Bu kədəri dərk etmək və içində hiss etməkdir… Sən kədər nədir bilirsən? Bu dərdini heç kimə anlata bilməməkdir. Bu məyyusluğun son həddidir. Dünyada tək olduğunu düşünmək, gücsüzlüyünü hiss etməkdir. Bu gözlərində yazılanların və bir türlü dilinə gəlməyənlərin heç kimin anlamamasıdır. Səni anlayanların səndən uzaqlaşmasıdır. Bu sevgiyə həsrət qalmaqdır… Sən sevgi nədir bilirsən? Bu xoşbəxtlikdir. Sakitlik və nəciblikdir. Nikbin sözlərlə dolu mahnılardir. Özünə diqqət və qayğıdır. Qarşındakına hədsiz dəyər verməkdir. Heç bir qarşılıq gözləmədən, təmənna ummadan gözəl hisslər bəsləməkdir. Bu ancaq görmək istədiklərini görməkdir. Sonunda isə Ayrılıqdır.Lakin ən əsası yeni ümid toxumlarının sərpilməsidir.Çünki hər son bir başlanğıcdır. Hiss etdiklərimizi dəyərli edən bizik və xoşbəxtliyə çatmaq üçün edəcəyimiz tək şey içimizdəkiləri tükətməməkdir… |