www.nice.az > Sevgi Aləmi > Unudanda baxarsan.. [şeir]

Unudanda baxarsan.. [şeir]


22 dekabr 2010. Müəllif: SEV_GI
Unudanda baxarsan.. [şeir]

Unudanda baxarsan..

Dedin son xatirəm quru şəkildi,
Yazdın unudanda baxarsan ancaq,
Mən səni unutsam.. düşündünmü bir,
Şəklin səndən əvvəl unudulacaq.

Unudanda baxarsan.. [şeir]

Bilirəm,
Bir daha dönməyəcəksən,
Əksin-yanan eşqin bir ovuc külü,
Özün yad ürəyi dinləyəcəksən,
Şəklinsə qəlbimin döyüntüsünü.

Unudanda baxarsan.. [şeir]

Səni saxlamağa çatmadı gücüm,
Açılan nə vaxtsa solmalı imiş,
Şəklini vərəqə köçürmək üçün,
Arada neqativ olmalı imiş.

Unudanda baxarsan.. [şeir]

Bu soyuq kağızda sevinc donubdur,
Kədərin hardasa yol gəlir hələ,
Üzünə xəfif bir gülüş qonubdur,
Hicrana baxırsan sən gülə gülə...

Unudanda baxarsan.. [şeir]

Bir anın hökmüylə dəyişir insan,
Necə əziz idi bayaq bu şəkil,
Sən özün bir sevgi xumarındasan,
Hemişə oyaqdır, oyaq bu şəkil.

Unudanda baxarsan.. [şeir]

Bir kağız üstündə donan ümidin
Qəmli gözlərində əbədi ocaq,
Şəklin vaxtı sayan saat kimidi,
Yadıma düşəndə baxıram ancaq...
[/b]