www.nice.az > Sevgi Aləmi > Bu sən deyilsən...
Bu sən deyilsən...19 dekabr 2010. Müəllif: SEV_GI |
![]() Bu sən deyilsən... Qayıdıb gəlibsən gözləri yaşlı, Deyirsən,bir daha küsən deyilsən. Hanı o vuqarın,o saymazlığın; Yox,bu sən deyilsən,bu sən deyilsən. ![]() Deyirsən vaxt keçir,zaman gözləmir, Dilin dediyini ürəyin demir. Bu yalvaran gözəl sənə bənzəmir, Yox,bu sən deyilsən,bu sən deyilsən. ![]() Deyirsən küsənlər barışar yenə, Nə tez boyun əydin beş günlük qəmə? Özündən razılıq yaraşmır sənə, Yox,bu sən deyilsən,bu sən deyilsən. ![]() Dərdlisən dərdini get danış suya, Əl açma,alşalma mən verən paya, Elə bil dilənçi gəlib qapıya, Yox,bu sən deyilsən,bu sən deyilsən. |