www.nice.az > Sevgi Aləmi > Soğan acısı... [şeir]
Soğan acısı... [şeir]20 dekabr 2010. Müəllif: SEV_GI |
![]() Soğan acısı... Soğan soya-soya ağlayan qadın, Ömrün soğan kimi acıdır acı! Mələksən, qırılıb qolun qanadın, Dərdi verən ALLAH vermir əlacı... ![]() Gözündən süzülən yaşı kim silər? “Göz yaşıâ€, dediyin nədi? Acı su... Bur şirin öpüşə başlar sevgilər, Sonunda həmişə soğan acısı.... ![]() O, öpüş yandırmaz dodaqlarını, Soyuyub od dolu o, qucaq indi. Sayar bircə-bircə barmaqlarını, Hər gecə yuduğun qab-qacaq indi. ![]() Gələr “ərâ€dediyin hər gecəyarı, Bir qaşıq xörəyin baxmaz dadına. Yuxuda dilindən qopan adların, Biridə bənzəməz sənin adına.... ![]() Soğan soya-soya ağlayan qadın, Gözünün yaşını silə bilmərəm. Neyləyim mən sənə özgəyəm,yadam, Neyləyim yanına gələ bilmərəm. ![]() Bir sevgi gəzirəm dünyada mən də, O sevgi hardadır bilmirəm ancaq. Kim soğan soyacaq mənim evimdə, Soğan soya-soya kim ağlayacaq?!... |