www.nice.az > Sevgi Aləmi > Üzülmə :-( [şeir]

Üzülmə :-( [şeir]


23 dekabr 2010. Müəllif: Sparrow
Üzülmə :-( [şeir]


Yaraşmayır sənə üzgünlük, kədər,
Deyirsən sevəcəm ölənə qədər
Bir düşün, bir daşın, bir az fikirləş,
Kim üçün ömrünü edirsən hədər?

Üzülmə :-( [şeir]
Dəyərmi üzürsən şirin canını
Neyçün qaraldırsan sən öz qanını?
Onunçün gözündən tökdükcə qan- yaş
Heç o, soruşurmu sənin halını?!

Üzülmə :-( [şeir]
Nə fəryad eyləmə, nə də çəkmə ah
Başını tik saxla, könlünü fərah,
Kövrək ürəyinə salma heç nəyi,
Qəsd edib canına, qazanma günah!

Üzülmə :-( [şeir]
Sənin ürəyin də güləcək bir gün,
Kədəri uzaq et, qəmiysə sürgün
Çaliş yaxınına gəlməsin əzab
Mənasiz keçməsin nə ömür, nə gün!