www.nice.az > Sevgi Aləmi > Getmə

Getmə


15 dekabr 2010. Müəllif: HiTMaN
Getmə

Getmə, qal bu şəhərdə mənimlə...
Yenidən düzəldək bu şəhərin küçələrini...
Təmizliyimizi onlara da verək...
Sən deyil uzaqda bu gecə ürəyim minlərlə parçaya bölünür
və hər bir parça milyon dəfə parçalanır gecənin qaranlığında...
Nə olsa indi olacaq, sonrası yoxdu daha...

Getmə

Saatlar gecə yarısını çoxdan keçdi,
bir azdan səhər olacaq sənsiz bir mənin olduğu şəhərdə...
Gecənin yarısında bir ürək qışqırırsa, susmalıdır kainat,
heç bir səs bir ürəkdən daha mənalı və dərin danışa bilməz bu saatlarda...
Getmə, qal bu səhərdə nə olar, nələrin olacağını bilsən,
gedişinlə qorxutmarsan məni belə...

Getmə

Döyüşlər olmayacaq daha bu şəhərdə, insan qüruru qırılmayacaq,
aclıqdan ölməyəcək heç bir uşaq, bombalayar partlamayacaq,
getmə qal gözəlliklər səninlə var olacaq bu şəhərdə...
Getmə, qal bax nələr olacaq sənsiz yaşadığım bu şəhərdə...
Dözə bilərəm sanırdım gedişinə...

Getmə

Onsuz da yox idin ki, yanımda və əlində
qalacağını bildiyim üçün icazə vermisdim getməyinə...
Peşmanam, yanılmışam, geri dön, sənsiz olmur bu şəhərdə...