www.nice.az > Sevgi Aləmi > Dostluq
Dostluq12 dekabr 2010. Müəllif: Sparrow |
Dostluq İki, yoldaş var idi. Bir-biri ilə görüşüb tanış olmaqda, danışmaqdadırlar. Təkcə, ürəkləri bir-birini tutmamaqdadır. Çünki biri həqiqətən inanmış bir könülə sahib, digəri inanmamış bir ürəyin sahibi. Hər ikisidə bir-birini öz dünyalarına çəkməyə çalışar. Lakin müvəffəq ola bilməzlər. Kafir, yoldaşı mömini yolundan azdırmaq, Allah yerinə qadına, pula, şeytana qapdırmaq üçün ona bu sualı verər: ", Ölü torpaq və çürümüş sümük halına gəldikdən sonra təkrar dirilib hesab verəcəyimizə, cəzaya düçar olacağımıza və ya mükafata qoyulacağımıza inanırsan?" yoldaşı"Əlbəttə, öz varlığıma inandığım kimi buna da inanıram. "deyir,onu hər sualını soruşduğuna peşman edən bir iman müdafiəsi edirdi. Nəhayət hər dünyalı kimi bu iki yoldaş da öldülər, mömin cənnətə çağırıldı. Cənnətli, xoşbəxt yoldaşları ilə qarşılıqlı kreslolar üzərinə qurulmuş, ölüm qorxusundan xilas olmuşların səadətləri içində söhbət edirlər. Mömin olan bu cənnətli insanı məst edən bu söhbət əsnasında birdən birə dünyadakı kafir yoldaşını xatırladı. "Mənim bir yoldaşım vardı. Bu günlərə inanmazdı. Biz, indi şəksiz şübhəsiz cənnətə gəldiyimizə görə, görəsən o harada qaldı? "dedi. O anda bir nöqtəyə diqqətli baxması əmr olundu, baxınca kafir yoldaşını cəhənnəmin tam ortasında gördü. Cərəyan tərzini ifadələrdən aciz olduğumuz bir tərzdə o, kafir yoldaşına yaxınlaşdı və ona, "Az qalsın, sən məni də həlak edəcəkdin, kafir"ona son bir dəfə daha hayıflandı və ayrıldı. " (Saffat surəsi. 50-59 ayədə izah edilməkdədir. Söhbətlər-Xatirələr kitabından) |