www.nice.az > Sevgi Aləmi > Səni Sən olduğun üçün SEVİRƏM!...

Səni Sən olduğun üçün SEVİRƏM!...


6 dekabr 2010. Müəllif: GHoSTMaN
Yalnız kim olduğun üçün deyil, səninlə bərabərkən kim olduğumu anladığım üçün,

Yalnız özün üçün deyil, mənə etdiklərin üçün,


Səni Sən olduğun üçün SEVİRƏM!...

Gizlənmiş məni aşkar etdiyin üçün,

Əlini ürəyimin üzərində hiss etdiyim zaman, kədərlərimi alıb onların yerinə, indiyə qədər kimsənin bacara bilmədiyi o gözəllikləri, o istiliyi, o işığı, qoymağı bacardığın üçün,


Səni Sən olduğun üçün SEVİRƏM!...

Həyatımı bir məbədə çevirdiyin və hər günümü bir mahnı etdiyin üçün,

Məni hamıdan fərqli etdiyin üçün,


Səni Sən olduğun üçün SEVİRƏM!...

Heç vaxt yaşamadığım, dadını bilmədiyim bu şirin və inanılmaz hissi mənə daddırdığın üçün,

Dünyaya, həyata tək mənim yox, hər ikimizin gözündən fərqli baxa bilməyi öyrətdiyin üçün,


Səni Sən olduğun üçün SEVİRƏM!...

Mənə məni və səni, bizi tanıtdırdığın üçün,

Mənə qanad verib, mələk kimi hiss etdirdiyin üçün,


Səni Sən olduğun üçün SEVİRƏM!...

Bütün ən gözəl suallarımın cavabı olduğun üçün,

Həyatım, tək sevgim, xoşbəxtliyim, gözəlliyim, mənim olduğun üçün,


Səni Sən olduğun üçün SEVİRƏM!...


Sən olduğun üçün Səni Sevirəm.
Çünki sən kimsənin bacara bilmədiyi seyi, özümü yaxşı hiss etməyimi və heç bir zaman olmadığım qədər xoşbəxt olmağımı təmin edirsən.
SƏN bunları danışmaqla və ya işarə ilə deyil, yalnız özün olmaqla edirsən....