www.nice.az > Sevgi Aləmi > Atma məni
Atma məni7 dekabr 2010. Müəllif: Sparrow |
Atma məni Əgər sevmirsənsə, sevirəm deyib, Yüksək zirvələrə ucaltma məni. Sonra birdən-birə əhdinə dönüb, Sevirəm söyləyib aldatma məni, Mən səni atmaram,sən atma məni. Mən sevə bilmirəm səndən özgəni, Unuda bilərmi sevən- sevəni? Deyirsən ömrüm boyu sevəcəm səni, Sözünə sadiq ol,unutma məni, Mən səni atmaram ,sən atma məni. Sənə bəsləmişəm ülvi məhəbbət, Eşqimə sən düzgün verginən qiymət, Heç vaxt uydurmasın səni var-dövlət, Əzizim var dövlətə sən satma məni, Mən səni atmaram,sən atma məni. Qiymətsiz daş xəzinəyə atılmaz, Əsl sevgi brillianta satılmaz, İndi, gülüm,sən özün düşün bir az, Nadanlar önündə alçatma məni. Mən səni atmaram ,sən atma məni. Bu cavan ömrümə sənə bağlaram, Atıb getsən ürəyimi dağlaram, Mən sənin eşqindən axır ağlaram, Bu cavan yaşıma qocaltma məni, Mən səni atmaram ,sən atma məni. |