www.nice.az > Sevgi Aləmi > Ayrılıq haqqında şeir

Ayrılıq haqqında şeir


7 dekabr 2010. Müəllif: Sparrow
Ayrılıq haqqında şeir

Ayrılıq haqqında şeir

"Ayrılıq."
Ayrılıq! Bu ki tək gedişin deyil...
Çirkənir otağım, divarlar yorğun.
Artıt günü-gündən bədbinliyə meyl,
Tez xəstələnirəm, rəngimsə solğun.

Getmədi bir müddət əksin gözümdən,
Çoxaldı suallar – kim, niyə, necə?
Utandım nəhayət özüm-özümdən,
Uşaq kimi hönkürməkdən gizlicə...

Sən istəyən kimi dedim o adı...
Nitqimdən ayrılam səslər, hərflər,
Divarda qovuşub “ayrılıq” yazdı.
Və sonda üç nöqtə... Yazıq ümidlər!

Necə izah edim darıxmağımı?!
Bu fərqli bir şeydir, hərdən bir olur.
Deyəsən şəhərdən köçmüsən axı...
Bu cür fikirlərlə beynim boğulur.

Yəqin ki bunları bilməyəcəksən...
Əlavəm "sətirlər", ixtisarım "sən"!
Sən gördüyün “mənlə”, mən gördüyüm “mən”,
Nə mütənasibdir, nə də dəyişkən...

Yoxsan... Düşünmə ki çox dəyişmişəm.
Mənə qınaq olan pis vərdişləri,
İnan ki, atmağı çox istəmişəm –
Yersiz kövrəlməyi, içkini, səni...

Əlvida demədin o gün... gözlədim!
Düşündüm gələrsən bu payızadək.
O payız, bu payız on il qocalıb,
Bilmirəm nə deyim... Görüşənədək!