www.nice.az > Sevgi Aləmi > Darıxmaq nədir?
Darıxmaq nədir?3 dekabr 2010. Müəllif: Sparrow |
![]() Darıxmaq nədir? Darıxmaq - yaşamaqdır... Yalnızlığa inad mübarizə etməkdir.... Darıxmaq - sevməkdir ilk öncə.. Çünki, sevməsən darıxmazsan ki dəlicəsinə.... Darıxmaq - ağlamaqdır... Axan hər göz yaşında bütün xatirələrini göz önünə gətirə bilməkdir... Darıxmaq - uzaqlara dalmaqdır... Həmdə çox uzaqlara.... Darıxmaq - ümid etməkdir. “Ümid etmək uğurun yarısıdır†məsəlinə güvənərək... Darıxmaq - sıxılmaqdır... Bəzən yalnızlığından, bəzən isə ətrafında lazım olmayan insanlardan.... Darıxmaq - qışqırmaqdır... Səsin batana qədər “darıxıram†deyə qışqırmaq..... Darıxmaq - hirslənməkdir.... Bəzən darıxmana səbəb olanlara, bəzən isə taleyə...Çarəsizcə.... Darıxmaq - yanılmaqdır... Gecə yarısı yuxudan oyandığında...Hər şeyin bir yuxu olduğunu anladığında məsələn.... Darıxmaq - səbr etməkdir... Usanmadan şəfəqi gözləməkdir.... İlləri, ayları, həftələri, günləri, saatları, dəqiqələri hətta saniyələri belə ötürə bilməkdir.... Darıxmaq - yaşamaqdır.... Yalnızlığa inad mübarizə etməkdir.... Darıxmaq - qovuşmaqdır... Bir də heç vaxt ayrılmayacağın qovuşmaq... Xəyal da olsa belə... |