www.nice.az > Sevgi Aləmi > Sevgidəki əsl fədakarlıq
Sevgidəki əsl fədakarlıq30 noyabr 2010. Müəllif: XP |
![]() Sevgidəki əsl fədakarlıq necə olur, bilmək istərdinizmi? Çox maraqlı bir hekayə... Gözləri görməyən bir gənc qız və bir gənc oğlan bir-birlərini çox böyük məhəbbətlə sevirdilər. Oğlan bir gün qızdan soruşur: "Gözlərin görsəydi əgər, mənimlə evlənərdinmi?" Qız: "Əlbəttə, səndən başqa kimim var ki, məni bu qədər çox sevən." Aradan xeyli bir müddət keçir və bir nəfər gözlərini qıza bağışlamağa razı olur. Qızın gözlərinin görməsi üçün çox ağır bir əməliyyat keçirilir. Əməliyyat uğurlu olur və qız görməyə başlayır. Qız ilk dəfə sevdiyi insanı görəcəyi üçün çox həyəcanlı idi. Lakin onu gördükdə üzündəki bütün təbəssüm birdən yox olur. Oğlanın gözləri yox idi. Oğlan yenə həmin sualı verir: "Sevgilim, nə zaman evlənəcəyik?" Qız isə cavabında: "Sənin gözlərin görmür, neynirəm sənin kimi gözləri görməyən biri ilə evlənməyi?!" Oğlan isə bu cavabdan çox sarsılmış və qızın arxasından qışqıraraq bu sözləri deyir: "GÖZLƏRİMƏ YAXŞI BAX, SEVGİLİM..." PS. Sevdiyi şəxs üçün gözlərindən də keçən insanlar da var, ən xırda mənfəət üçün o sevginin üzərindən qara bir xətt çəkən nankorlar da!!! |