www.nice.az > Sevgi Aləmi > Sevginizdən muğayat olun!!!
Sevginizdən muğayat olun!!!25 noyabr 2010. Müəllif: Alone_Night |
![]() Qısqanclıq bu və ya digər insanın fərqli xüsusiyyətlərinə yönəlmiş paxıllıq hissidir. Bu hiss insanda sevdiyi insanı itirmək təhlükəsi qarşısında yaranır. Bəziləri isə qısqanclığı əsl məhəbbətin göstəricisi hesab edir. Sevgilimizi qısqanmaq da olar, onun üçün darıxmaq da - insanı qul etmək isə mümkün deyil. Qısqanclıq ən saf və təmiz hisslərin qənimidir. Qısqanclıq qədərində olanda münasibətlərə xeyri ola bilər. Ancaq həddindən artıq qısqanclıq ən xoşbəxt cütlüklərin belə ayrılmasına səbəb ola bilər. Hamımıza məlumdur ki, bir çox ailələrdə ər - arvad arasındakı davaların ən vacib səbəblərindən biri də elə qısqanclıqdır. Ancaq psixoloqlar qısqanclığın təməlində itirmə qorxusunun olduğunu deyir. Bəs görəsən qadınlar kişiləri itirməkdən qorxur, yoxsa əksinə? Qısqanclıq qadın və kişilərdə fərqli şəkillərdə ortaya çıxır. Psixoloq Elmir Əkbər qadınların kişilərdən az qısqanc olduğunu düşünmür: "Sadəcə olaraq məhz bizim cəmiyyətdə kişilər qisqanclıqlarını çox vulqar şəkildə ifadə edirlər. Qadınlardan fərqli olaraq kişilər elə bilirlər ki, hansısa fiziki üsullarla, məsələn gəlini evə həbs etməklə, fiziki cəhətdən qadağalar qoymaqla nəsə əldə etmiş olurlar. Amma xeyr, əksinə itirmiş olurlar. Qısqanclıq ayrıca tək bir duyğudan ibarət deyil. İntiqam, qorxu, nigarançıIıq, hirs, hətta bəzən şiddət kimi duyğular da qısqanclığa yoldaşlıq edir. Gündəlik həyatdakı xırda - para qısqanclıqlar hər iki tərəf üçün elə bir problem yaratmamaqla yanaşı, münasibətin qorunmasına xidmət edə bilər. Amma bu hissə qapanıb, daima sevdiyiniz insanı düşünmək, onun haqqında bəzi ssenarilər fikirləşmək, hər an "görəsən məni aldadırmı?" şəklində özünüzü "yemək" halına gəlmisinizsə deməli vəziyyət ciddidir. Təcrübə göstərir ki, bəzən qısqanclığın həddi insanın xarakteri ilə ölçülür". Psixoloq daha aqressiv, temperamentli şəxslərin qısqanclığının da aqressiv olduğunu deyir: "Müəyyən qədər yumşaq təbitəli insanlar qısqanclıqlarını da yumşaq ifadə edirlər. Amma ehtiyatlı olmaq lazımdır. Çünki yumşaq qısqanclıq bəzən fırtınadan qabaqkı sakitlik kimi olur". Çox vaxt qısqanclığın altında keçmişdə yaşanmış pis təcrübələr, uşaqlıqda meydana gələn hadisələr yatmış ola bilər. Hətta bəzən siz bunun fərqinə varmaya bilərsiniz. Qısqancsınızsa, bu detallara diqqət yetirin. Qısqanclığınızın doğru olub - olmadığını gözdən keçirin, onu niyə qısqandığınızı düşünün, həqiqətən münasibətinizə qarşı bir təhdid, təhlükə varmı? ![]() Bir də fikirləşin ki, hərəkətləriniz münasibətinizin pisləşməsinə səbəb olurmu? Və sonda özünüzdə qısqanclıq simptomlarını hiss etdikdə çalışın pis şeylər fikirləşməyin, qarşı tərəfin sizi sevdiyini, sizə bağlı olduğunu və sizə hörmət etdiyini xatırlayın. Sevginizdən muğayat olun! |