www.nice.az > Sevgi Aləmi > İlk məktubum

İlk məktubum


19 noyabr 2010. Müəllif: GHoSTMaN
İlk məktubum

Salam, necəsən? Doğrusu heç vaxt məktub yazmamışam ona görə hardan, necə başlayacağımı bilmirəm. Ama bir yerdən qoy başlayım. Mən normalam, gündəlik işə gedib gəlirəm. Dərslərimə hazırlaşmağa başlamışam. Sənin kimi oxumağa başlamışam. Məndən bu qədər, keçək Sənə. Sən necəsən? Neynirsən oralarda. Bilirəm gec yazmışam. Gec yazmama səbəbim baxmayaraq ki, 2 ildi bir yerdəyik Sənin familiyanı bilmirdim. Bacıma dedim Sənin bacından öyrəndi. Buna görə bağışla. Bağışla ki, Səndən xəbərsiz evinizə zəng etmişəm.

Sənin üçün çoooox darıxmışam Sənə çox ehtiyacım var burda. Sənsiz hər şey çətindi. Əvvəl-əvvəl hər şey çətin idi. Zaman keçdikcə bir az öyrəşdim. Ama artıq dözə bilmirəm. Hər gün köynəyinlə yatıb köynəyinlə durmaqdan yoruldum. Artıq Səni yanımda istəyirəm. Artıq incimirəm, heç nəyi səhv yozmuram. Küsməyi isə çoxdan unutmuşam.

Hisslərimi, içimdəkiləri dilə gətirə bilmirəm. Bircə tez keçsəydi bu aylar. Sənin üçün çooooooooox darıxmışam. Nə olursa olsun heç vaxt dəyişmə. Mənə qarşı münasibətdə dəyişsəndə heç vaxt xasiyyət baxımından dəyişmə. Bircə bu aylar tez gəlib keçsəydi. Nəsə Məndən hələlik bu qədər ilk məktubumdu. Bir az təcrübəsizlik var. Ünvan kimi iş yerimi yazmışam. Çünki evdə qəbul edə bilmərəm. Özünə yaxşı bax. Səni çox Sevdiyimi də unutma. Nə olursa olsun unutma. Səni burda gözləyən biri həmişə var. Öpdüm.....