www.nice.az > Sevgi Aləmi > Nə qədər gözlədim...
Nə qədər gözlədim...17 noyabr 2010. Müəllif: you_lost_me |
![]() Nə qədər gözlədim,gəlib çıxmadın, Titrədi əllərim,dayandı ürək. Bəlkə də sevgini yadlara satdın, Bu an biri xəbər yetirsin gərək... Gözləyirəm,amma o gəlib çıxmır, Nigaranam,içim içimi yeyir. Ölürəm,bu an ürəyim sıxılır, Sənsizlik kabusu üstümə gəlir. Bir söz,bir cümlə yetir yarına, Xəbər ver,hardasan?Niyə gəlmirsən? Bəlkə onda ümid olsun yarına, Bilim yaşamalı,ya ölməliyəm... Düz eşitdiz,onsuz mənə bu həyat Boş,kimsəsiz,soyuq çöltək görünür. Varlığını hiss etməsəm,heyhat, Cismim ölər,görərsiz ki,ruhum da hey sürünür... Gəlmədi...Günlər keçdi,yar gəlmədi. Gözlədim,illər keçdi o gəlmədi... Unutdu mu?Sevmirdi mi?Nə oldu birdən-birə Yarını dünən sevən aşiq,səhər ONU sevmədi... Daha həyat yoxdur mənə... Səbəb çoxdur bu an ölməyimə... Amma ki,ümidim ölməyib hələ Cismi ölsə də sevgimin,ruhun qulağı səsdə... |