www.nice.az > Sevgi Aləmi > De, unuda bilərəmmi Səni? [şeir]

De, unuda bilərəmmi Səni? [şeir]


25 oktyabr 2010. Müəllif: GHoSTMaN
De, unuda bilərəmmi Səni? [şeir]

Həbs olmusan ürəyimə əbədi.

De, unuda bilərəmmi Mən Səni?

Sənsizlikdə bir an üzüm gülmədi.


De, unuda bilərəmmi Mən Səni?

De, unuda bilərəmmi Səni? [şeir]

Tapıb Səni alaram qanadıma

Alıb Səni çataram muradıma.

Bu Sevgidə Sən yetişdin dadıma

De, unuda bilərəmmi Mən Səni?


De, unuda bilərəmmi Səni? [şeir]

Parçalayıb çıxarsalar qəlbimi,

Alıb Məndən aparsalar ömrümü,

Kimsə Məndən ala bilməz Sevgimi


De, unuda bilərəmmi Mən Səni?

De, unuda bilərəmmi Səni? [şeir]

Sevinərəm, Mən Sənə sirdaş olsam,

Üzülərəm, gözlərində yaş olsam.

Bu Sevgidə əbədilik daş olsam.


De, unuda bilərəmmi Mən Səni?

De, unuda bilərəmmi Səni? [şeir]

Bu ömrümü Sənə verdim hədiyyə

Al Canımı, vida deyim gəncliyə.

Bu sual dolaşır başımda, niyə?


De, unuda bilərəmmi Mən Səni?