www.nice.az > Sevgi Aləmi > Sil gözünün yaşını... [Xəyal Rza]

Sil gözünün yaşını... [Xəyal Rza]


22 oktyabr 2010. Müəllif: GHoSTMaN
Sil gözünün yaşını... [Xəyal Rza]

cry Qurban Olum Sil Gözünün Yaşını.... cry

Nə dərdin var, nə qəmin var beləsən...

Nə yaşın var, ömrü hədər biləsən...

Neyləyim ki, bir balaca güləsən...

Qurban olum sil gözünün yaşını...



Kiçik qəlbin qəmə düçar olmasın...

Ay bənizin saralmasın solmasın...

Sevinc yaşa qoy gözlərin dolmasın...

Qurban olum sil gözünün yaşını...



Xoş gününə, xoş gününü qat indi...

Qəm kədəri ürəyindən at indi...

Uğur qazan muradına çat indi ...

Qurban olum sil gözünün yaşını...



Bada vermə şirin keçən illəri...

Vaxtından tez ağartma tellərin...

Çatacaqdı xoşbəxtliyə əllərin ...

Qurban olum sil gözünün yaşını...



Xəyal Rza bu nə acı zamandı...

Sevənlərə həsrət dərdi yamandı...

Ey ağlayan insaf eylə amandı...

Qurban olum sil gözünün yaşını...



Müəllif: Xəyal Rza